102-nin aqibəti necə olacaq? – "Ermənilər rusları istəmir"

102-nin aqibəti necə olacaq? – "Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılması Moskvanın maraqlarına cavab vermir və Putinin fikirlərini daha çox ritorika kimi başa düşmək lazımdır".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib. O bildirib ki, ermənilər ölkələrində Rusiya sərhədçiləri və hərbi bazası istəmir:
"Real məqam ondan ibarətdir ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu saxlamaq üçün, həm də hərbi təhlükəsizliklə bağlı məsələlərdə geri çəkilmək fikrində deyil. Amma öz növbəsində təbii ki, Paşinyan hakimiyyətinin gələcək illərdə Gümrüdəki bazanın çıxarılması ilə bağlı məsələ qaldıracağını mən kifayət qədər real hesab edirəm. Sadəcə olaraq, hazırda Ermənistan digər məsələləri Rusiyanın qarşısına qoyub və vaxt gələndə 102-ci bazanı da qoyacaq.
Onsuz da əhvali-ruhiyyə ondan ibarətdir ki, Ermənistanda Rusiya sərhədçiləri və hərbi bazası olmamalıdır. Paşinyan yəqin ki, bunun üçün müvafiq şəraiti özü üçün quracaq. Elə Nikol Paşinyanın bugünkü açıqlaması da onu göstərir ki, bu sistem də Ermənistanda, ümumiyyətlə, həmin o rus hərbi bazasının Ermənistandakı yerləşməsini, mövcudluğunu istəmir".
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə Rusiya hərbi bazasının Ermənistanda qalmasının İrəvan üçün həyati zərurət olmadığını deyib.
"Hərbi bazaya gəlincə, belə bir müzakirə olmayıb. Bu müddət ərzində biz 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməmişik. Bununla belə, hesab etmirik ki, Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu həyati əhəmiyyət daşıyan zərurətdir", – Paşinyan bildirib. Onun sözlərinə görə, Rusiya bazanı Ermənistan ərazisindən çıxarmaq qərarına gəlsə, İrəvan buna qarşı çıxmayacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bildirib ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünürsə, Moskva "hətta sabah" ölkədən çıxa bilər.
102-ci Rusiya hərbi bazası 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan bazanın yerləşdirilməsi ilə bağlı müqavilənin müddətini 2044-cü ilədək uzadıblar.

Siyasi       Tarix: 04 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler