"11 yaşlı oğlumu döyüb, boğazından sıxaraq boğmaq istəyib"- Gəncədə dəhşətli hadisə - ŞİKAYƏT

"11 yaşlı oğlumu döyüb, boğazından sıxaraq boğmaq istəyib"- Gəncədə dəhşətli hadisə - ŞİKAYƏT "11 yaşlı oğlumu döyüb, boğazından sıxaraq boğmaq istəyib"- Gəncədə dəhşətli hadisə - ŞİKAYƏT
Gəncədə 11 yaşlı uşaq ağlasığmaz səbəbdən döyülüb.
Bu barədə Oxu.Az-a 2009-cu il təvəllüdlü Orxan Əlizadənin anası Xanım Əliyeva məlumat verib.
Redaksiyamıza müraciət edən ana iddia edir ki, qonşuluqda yaşayan Kəmalə adlı qadın onun uşağını boğazından tutaraq boğmağa çalışıb:
"Hadisə mayın 19-da Gəncə şəhəri Sidqi Ruhulla küçəsində baş verib. Oğlumla qonşunun səkkizinci sinifdə oxuyan oğlu internet üzərindən oyun oynayırdı. Oyun əsnasında mənim oğlum Kəmalə adlı qonşunun uşağına ingilis dilində "sən zəifsən" deyib. Bu sözü də uşağın anası eşidib. Oradan mənim uşağıma deyib ki, "sən kimsən ki, mənim uşağıma zəif deyirsən?". Həmin gün qonşunun uşağı bizə gəlib, Orxandan şikayət etdi. Mən də dedim ki, "Orxan qələt eləyib deyib, mən onu tənbeh edərəm, daha deməz". Uşaq çıxıb getdi".
Xanım Əliyevanın sözlərinə görə, qonşusu Kəmalə oğlunu onların evinə göndərdikdən sonra qapıda dayanıb Orxanın evdən çıxmasını gözləyirmiş:
"Sizə dediyim bu söhbət təxminən saat 15:00 radələrində olub. Ona qədər qadın qapıda dayanıb güdürmüş ki, Orxan həyətə düşəndə uşağı tutub, döysün. Orxan da haradasa bir-iki saat sonra qonağımızın uşağı ilə həyətə oynamağa düşdü. Kəmalə Orxanın çıxdığını görüb, uşağın üstünə necə gedibsə, uşaq qorxusundan qonşunun qapısına qaçıb ki, burada onu kimsə qoruyar.
İnanın ki, əgər o qadın uşağıma bir sillə vursaydı, ya yanından vursaydı, bu qədər böyütməzdim. Amma mənim uşağım bronxial astma xəstəsidir. Kəmalə adlı bu qadın bir əli ilə Orxanın qolunu tutub, digər əli ilə də uşağın boğaz nahiyyəsindən tutub sıxıb. Həyətdəki uşaqlar qaçıb mənə xəbər vermək istəyəndə, uşaqlara deyib ki, "hansınız tərpənsəniz, sizi bundan betər edərəm". Bu sözləri mənə uşaqlar özü deyib. Orxan o qadının əlində çırpınıb, əldən gedirmiş, qorxub yerə buraxıb. Sonra da ayaqlarına təpik vurub. Uşağın ayaqları gömgöy idi".
X.Əliyeva iddia edir ki, bütün bu hadisələrdən sonra qadın utanmadan evinin qapısında dayanıb, uşağın yerdə çırpınmasına baxıb:
"Qonşunun uşaqları gəlib mənə deyir ki, "ay xala, tez ol, Kəmalə xala Orxanı boğdu". Dəli oldum, tez qaçdım həyətə gördüm uşaq qıc olub, qalıb yerdə. Mənim uşağım astma xəstəsidir, normal vəziyyətdə çox çətinliklə nəfəs alır. Uşağa bu cür şiddət edərlər? Axşam uşağı güc-bəla ilə özünə gətirdim. Orxan özünə gələndən sonra qayınanamla həmin Kəmalənin evinə getdim. Həyətində it saxlayır, az qaldı iti üstümüzə buraxsın. O qədər nalayiq sözlər dedi ki, biz onunla bacarmadıq. Səhər gedib polisə şikayət ərizəsi vermişəm. Ekspertizaya müraciət etmişik. Bütün qonşular qorxudan bilmir, nə etsin. Uşaqlarımızı küçəyə buraxa bilmirik ki, bu gün Orxana bunu edən, sabah başqasının da uşağına edər. Bu məsələnin hüquqi yolla həll olunmasını istəyirik".
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Könül Cəfərli 

Sosial       Tarix: 24 may 2020
f Paylaş

Oxşar xəbərlər

Məhərrəm ayı nə vaxt başa çatır?

Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayıb və hicri-qəməri təqviminə uyğun olaraq iyulun 14-də başa çatacaq. xəbər verir ki, Məhərrəm İslam təqviminin ilk ayı olmaqla yanaşı, müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyə

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçü

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, "KIA"

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - Seysmoloqdan cavab

Minlərlə insanın həyatına son qoyan zəlzələ Venesuelada faciənin miqyasını hər saat daha da böyüdür. Ölənlərin sayı artıq 2 595 nəfəri keçib, on minlərlə insanın isə taleyi hələ də naməlumdur. Bu dağıdıcı zəlzələ yeni narahatlıqlar


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber 2026 sonxeber.az valyuta mezennesi xeberler bugun 2026