1146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - RƏSMİ
1146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - RƏSMİ
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 16 iyul 2020-ci il saat 00:00-dan 17 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1013 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 133 nəfər olmaqla, ümumilikdə 1146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 35-i paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 165 avtomobil geri qaytarılıb, ümumilikdə 335 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb. /oxu.az

Paşinyan və Pezeşkian bir arada - FOTO
Zəngilanda bir nəfər çayda boğulub
Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə
Paşinyan təcili Rusiyaya gedir - Nə baş verir?
Teymur Kərimov vəfat etdi
Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı
"Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir" - Partiya sədri
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
Süni intellekt iqtisadiyyata necə təsir edəcək? – İqtisadçı açıqladı
70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı
Dünya çempionatının 1/8 final mərhələsinə start verilir
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik