13-cü sanksiyalar paketi qəbul edildi - Aİ Rusiyanı bağışlamadı
Avropa İttifaqının qəbul etdiyi 13-cü sanksiyalar paketi 106 fiziki, 88 hüquqi şəxsə və üçüncü ölkələrdə yerləşən şirkətlərə tətbiq ediləcək.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, yeni qadağalar çərçivəsində Rusiyaya ixracı qadağan edilən malların siyahısı genişləndirilib. Bu siyahıya elektrik transformatorları, statik çeviricilər və induktorlar daxil olmaqla, pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı üçün lazım olan komponentlər də əlavə edilib.
Yeni tədbirlər həm də hərbi məqsədlər üçün istifadə edildiyi bildirilən sabit tutumlu alüminium kondensatorların tədarükünü qadağan edir. Eyni zamanda, fevralın 24-dək bağlanmış müqavilələr üzrə transformatorların tədarükünə 25 may 2024-cü il tarixinədək icazə verilir. 2023-cü ildə Avropa İttifaqından Rusiyaya transformatorların birbaşa tədarükün həcmi 46 milyon avro, alüminium kondensatorlar isə 2 milyon avrodan az məbləğ təşkil edib.
Bundan başqa, Rusiyanın hərbi sənaye kompleksinə dəstək ittihamı ilə 27 təşkilata ixrac məhdudiyyəti qoyulub. "Onlar mallar və texnologiyalar üzrə daha sərt ixrac məhdudiyyətlərinə məruz qalacaq".
Xatirə SADİQ,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi