15 yaşlı qız uşaq dünyaya gətirdi: 31 yaşlı kişi HƏBS EDİLDİ
Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki,hadisə rayonun kəndlərindən birində baş verib. Rayon sakini, 2009-cu il təvəllüdlü Nahidənin dörd yaşı olanda atası ilə anası boşanıb və o, atasının himayəsində böyüyüb.
Nahidə 2023-cü ildə kənd sakini, 1994-cü il təvəllüdlü Mahir İsmayılovla (ad və soyad şərtidir) tanış olub. Mahir onunla bir müddət münasibət qurandan sonra Nahidə ilə ailə qurmaq qərarına gəlib və bu məqsədlə, o, Nahidənin atası ilə danışıb. 14 yaşlı qıza nişan mərasimi keçirilib və ailələr arasında qərara gəlinib ki, qızın 18 yaşı olandan sonra ailə qursunlar.
Amma 2024-cü ildə Nahidə evdə qardaşı ilə dalaşaraq Mahirin qardaşıgilə gəlib. O, Mahirə bildirib ki, evə qayıtmaq istəmir və onların birgə yaşamasına razıdır. Mahir də onunla razılaşıb və həmin vaxtdan etibarən ər-arvad kimi yaşamağa başlayıblar.
Cütlüyün Sevgi adlı qızları da dünyaya gələndən sonra faktla bağlı polisə məlumat daxil olub və cinayət işi başlanılıb.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Mahir İsmayılov altı ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?