17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq
Türkiyəli aktrisa Yasemin Ergene 17 illik fasilədən sonra sənətə qayıtmağa hazırlaşır.
azxeber.com xəbər verir ki, aktrisa yeni mövsümdə yayımlanması planlaşdırılan "Tuzlu kahve" serialında rol alacaq və layihədən yüksək qonorar əldə edəcək.
Məlumata görə, Yasemin Ergene serialda "Elit" obrazını canlandıracaq. Aktrisanın hər bölüm üçün 2 milyon Türkiyə lirəsi qonorar alacağı, serial ayda dörd bölüm yayımlanacağı halda isə aylıq qazancının 8 milyon lirəyə çatacağı bildirilir.
Yasemin Ergene 2009-cu ildə İzzet Özilhanla tanış olduqdan sonra aktrisalıq fəaliyyətinə fasilə verib. 2011-ci ildə evləndikdən sonra isə karyerasını davam etdirmək niyyətində olmadığını açıqlayıb.
2025-ci ilin sentyabrında 14 illik evliliyini başa vuran aktrisa bundan sonra aldığı təklifləri nəzərdən keçirməyə başlayıb. Nəticədə uzun fasilədən sonra çəkiliş meydançalarına qayıtmaq qərarına gəlib.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Yasemin Ergene bir neçə ssenarini nəzərdən keçirdikdən sonra "Tuzlu kahve" serialında rol almağa razılaşıb.
Polat Yağcının prodüserliyi ilə hazırlanan layihənin 2026-2027 televiziya mövsümünün diqqətçəkən və yüksəkbüdcəli seriallarından biri olacağı gözlənilir.
Xidmetler [newsid: 0-123300]

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto
Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı