17 ildən sonra səssizliyi pozdular – 'UNFORMAL' səhnəyə qayıdır
Azərbaycan rok musiqisinin əfsanəvi nümayəndələrindən olan "UNFORMAL" qrupu illər sonra yenidən bir araya gəlir.
azxeber.com xəbər verir ki, "Sonsuz yol" mahnısı ilə bir dövrün sevimlisinə çevrilən qrupun keçmiş solisti, avroviziya təmsilçimiz Dilarə Kazımova sosial mediada verdiyi açıqlama ilə pərəstişkarlarına sürpriz edib.
2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri – Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin dünyanın dörd fərqli ölkəsindən (Azərbaycan, Rysiya, ABŞ və Böyük Britaniya) Bakıya toplaşaraq, noyabrın 22-də məkanlardan birində konsert verməyə hazırlaşır.
Gecəyə "Coldünya" qrupunun yaradıcısı və vokalçısı Teymur Nadir, "DədəBaba" və "Unchained Orchestra" kimi alternativ səhnənin tanınmış adları da qatılacaq.
Qeyd edək ki, UNFORMAL 2007-ci ildə "Sonsuz yol" klipi ilə geniş tanınmış, 2008-ci ildə Eurovision milli seçimlərinin finalçısı olmuşdu. İndi isə onlar səssizliyi pozub səhnəyə geri dönür – bu dəfə daha güclü və birləşmiş şəkildə.
Aysel

Xidmetler [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib