17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi GünüdürBu gün – 17 sentyabr Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür.
azxeber.com xəbər verir ki, Azərbaycan Talassemiya Federasiyasının sədri, pasiyent hüquqlarının müdafiəçisi Nailə Quliyeva bu münasibətlə paylaşım edib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı 2026-cı ildə Ümumdünya Pasiyent Təhlükəsizliyi Gününü qeyri-infeksion xəstəliklər zamanı tibbi yardımın təhlükəsizliyinə həsr edib. Bu ilin şüarı "Safe care for life!" – "Həyat boyu təhlükəsiz tibbi yardım!" çağırışıdır.
N.Quliyevanın sözlərinə görə, xroniki xəstəliklərlə yaşayan insanlar uzun illər, bəzən isə ömür boyu müalicə və tibbi nəzarətə ehtiyac duyurlar. Bu baxımdan tibbi yardımın davamlılığı, düzgün koordinasiyası və təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır.
"Bir pasiyent hüquqlarının müdafiəçisi kimi bu mövzu mənim üçün xüsusi əhəmiyyət daşıyır. Uşağa ömür boyu müalicə və tibbi nəzarət tələb edən xəstəlik diaqnozu qoyulduqda bütün ailə üçün həyatın yeni mərhələsi başlayır. Valideynlərin ilk suallarından biri budur: övladımız üçün zəruri müalicə varmı və bu müalicə yalnız bu gün deyil, gələcəkdə də əlçatan olacaqmı?" – deyə o qeyd edib.
Nailə Quliyeva vurğulayıb ki, pasiyent təhlükəsizliyi insanın harada yaşamasından asılı olmayaraq müasir, keyfiyyətli və davamlı tibbi yardım ala bilməsi deməkdir.
"İstər paytaxtda, istər böyük şəhərdə, istərsə də ucqar regionda yaşasın – yaşayış yeri insanın aldığı müalicənin keyfiyyətini müəyyən etməməlidir", – deyə o bildirib.
Federasiya sədrinin sözlərinə görə, talassemiya və digər hemoqlobinopatiyalarla yaşayan insanlar üçün təhlükəsizlik müalicənin bütün mərhələlərində təmin edilməlidir. Buraya qan transfuziyası, dərman təyinatı, diaqnostik müayinələr, mütəxəssisə yönləndirmə və sonrakı tibbi müşahidə daxildir.
O qeyd edib ki, təhlükəsiz tibbi yardım həmçinin məlumatlandırılmış pasiyent, dəstəklənən tibb mütəxəssisləri və riskləri vaxtında müəyyən edərək qarşısını almağa çalışan koordinasiyalı səhiyyə sistemi deməkdir.
"Pasiyent məlumatlandırılmalı, dinlənilməli və müalicəsinin hər mərhələsində prosesə cəlb olunmalıdır", – Nailə Quliyeva vurğulayıb.
O, xüsusilə regionlarda yaşayan pasiyentlərin tibbi xidmətə çıxışına diqqət çəkib.
"Hazırlıqlı mütəxəssislər və lazımi şərait olduğu halda, pasiyent yaşadığı ərazidə ala biləcəyi tibbi yardım üçün daim yüzlərlə kilometr yol qət edərək Bakıya gəlmək məcburiyyətində qalmamalıdır", – deyə Quliyeva bildirib.
Nailə Quliyeva 20 ildən artıq ictimai fəaliyyəti dövründə pasiyentlərin problemlərinin dövlət və tibb qurumları ilə müzakirə edilməsinin, həll yollarının axtarılmasının və onların keyfiyyətli, təhlükəsiz tibbi yardım almaq hüququnun müdafiəsinin vacibliyini qeyd edib.
"Çünki qaldırdığımız hər bir məsələnin arxasında insan həyatı və sağlamlığı dayanır", – deyə o əlavə edib.

Sosial       Tarix: 17 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ

Bakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə 4 nəfərlik ailələr üçün kirayə haqqına ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur. Bəs bir ailəni

17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

Bu gün – 17 sentyabr Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür. xəbər verir ki, Azərbaycan Talassemiya Federasiyasının sədri, pasiyent hüquqlarının müdafiəçisi Nailə Quliyeva bu münasibətlə paylaşım edib. O bildirib ki, Ümumdüny

Xalq artisti Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət aldı: 'Necə oldu, özüm də bilmədim

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.  xəbər verir ki, bu barədə diktor -a açıqlamasında bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəli

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq. 2026/2027-ci tədris ilind

Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qəra

Azərbaycanın nefti 127 dollara yüksəldi

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,27 ABŞ dolları və ya 6,06 faiz artaraq 127,29 dollar/barelə yüksəlib. KONKRET.azxəbə

Bakıda yeniyetmənin ölümündə 'Roblox' izi: Baş Prokurorluqdan açıqlama

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirili

Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələdiyi bildirilən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler son xeberler azerbaycan sou xeberler maliyye xeberler bugun