193 fermer AKİA dəstəyi ilə "AccessBank"dan kredit alıb
"AccessBank" fermerlərə dəstək olmaqda davam edir.
Azxeber.com xəbər verir ki, bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, bu ilin ilk 5 ayı ərzində 193 sahibkar dövlətin aqrar sahəyə verdiyi güzəştli mikrokreditlərdən faydalana bilib. "AccessBank" cari dönəmdə dövlət xətti ilə fermerlərə 1 milyon 996 min AZN həcmində kredit verib. Lənkəran, Bərdə, Mingəçevir, Gəncə və Şəki sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar əsasən heyvandarlıq sahəsinin inkişafı üçün müraciət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15.000 AZN-dək mikrokredit vermək imkanı yaradılıb.
Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:
Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin "AccessBank"ın 151 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına yaxınlaşa bilərlər.
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü regionlarda olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar