Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladıBu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sentyabrın sonuna ölkədə ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb. Bu, avqustun sonu ilə müqayisədə 414 min ədəd və ya 1,8 faiz çoxdur. Avqust ayında isə kartların sayı iyulla müqayisədə 189 min ədəd və ya 0,8 faiz artaraq 22 milyon 974 min ədəd təşkil edib.
Bəs ödəniş kartlarının sayındakı bu artım hansı amillərlə bağlıdır? Kartdan-karta köçürmələrə tətbiq edilən limitlər bu prosesə nə dərəcədə təsir göstərir?
İqtisadçı Eldəniz Əmirov azxeber.com-a açıqlamasında bildirib ki, ödəniş kartlarının sayında müşahidə olunan artım kifayət qədər maraqlı iqtisadi tendensiyadır: 
Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı"Ödəniş kartlarının sayında müşahidə olunan artım kifayət qədər maraqlı iqtisadi tendensiyadır. Ödəniş kartlarının sayı sentyabr ayında 414 min ədəd artıb. Bu, əvvəlki ayla müqayisədə 189 min ədəd çox, yəni 2,2 dəfə yüksək artım deməkdir. İki ay ərzində dövriyyəyə 603 min kart daxil olub. Düşünürəm ki, bu artımı birbaşa kartdan-karta köçürmə əməliyyatlarına tətbiq edilən limitlərlə əlaqələndirmək düzgün olmaz. Burada rəqəmsal bank xidmətlərinin genişlənməsi, bankların müştəri cəlb etmək istiqamətində həyata keçirdiyi tədbirlər, eyni zamanda əhalinin müxtəlif bankların kartlarından paralel istifadə etmək istəyi kimi amillər mövcuddur. Hesab edirəm ki, sonuncu amil bu prosesdə daha böyük rol oynayır".
İqtisadçı qeyd edib ki, kartların sayının artması nağdsız ödənişlərin həcminin də eyni səviyyədə artması demək deyil:
"Kartların sayının artması nağdsız ödənişlərin həcminin də eyni səviyyədə artması demək deyil. Məsələn, avqust ayında kartların sayı 0,8 faiz artsa da, ölkədaxili nağdsız ödənişlərin həcmi 8,5 faiz azalaraq 8,9 milyard manata düşüb. Bu onu göstərir ki, kartların sayındakı artımla nağdsız dövriyyənin artım və ya azalma dinamikası arasında birbaşa əlaqə yoxdur.
Növbəti mərhələdə əsas diqqət kartların sayına deyil, ödəniş dövriyyəsinin şəffaflaşdırılmasına və nağdsız əməliyyatların iqtisadi məzmununa yönəldilməlidir. Xüsusilə kommersiya məqsədli köçürmələrin şəxsi köçürmələrdən fərqləndirilməsi, risk əsaslı nəzarətin təşkili və sahibkarlar üçün rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi olduqca vacibdir".
O vurğulayıb ki, yeni tənzimləmənin əsas məqsədi uçotdan kənar dövriyyəni azaltmaq olmalıdır:
"Yeni tənzimləmənin əsas məqsədi uçotdan kənar dövriyyəni azaltmaq olmalıdır. Yeni tənzimləmənin uğuru kartların sayındakı dəyişikliklə ölçülməməlidir. Bu, daha çox nağdsız ödənişlərin həcmi, ödəniş dövriyyəsinin şəffaflıq səviyyəsi və iqtisadi əməliyyatların rəsmiləşdirilməsi, yəni uçota alınması səviyyəsi əsasında qiymətləndirilməlidir. Tənzimləmənin effektivliyi məhz qeyd etdiyim amillər əsasında müəyyən olunmalıdır".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 28 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 bugun xeberler cəbhədən görüntüleri kriminal xeber