20 il hərbi prokuror işləmiş, adı "Tərtər hadisələri"ndə keçən Xanlar Vəliyev kimdir - DOSYE

20 il hərbi prokuror işləmiş, adı KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev bu gün rəsmi olaraq vəzifə səlahiyyətlərini başa vurub. Onun 2005-ci ildə başladığı və düz 20 il davam edən hərbi prokurorluq fəaliyyəti bu gün etibarilə sona çatıb.
Azərbaycan Konstitusiyasına görə, hərbi prokuror vəzifəsi beşillik müddətlə təyin olunur. Prezident Xanlar Vəliyevi bu müddət ərzində dəfələrlə yenidən təyin etsə də, budəfəki müddət başa çatdıqdan sonra onun vəzifəyə yenidən gətirilməsi həyata keçirilmədi.
Xanlar Vəliyevin uzun illik xidmətləri ölkə rəhbərliyi tərəfindən qiymətləndirilib. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə ona 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni təqdim olunub. Ordeni Xanlar Vəliyevə Baş prokuror Kamran Əliyev təqdim edib.
Xanlar Vəliyevin tərcümeyi-halı – 45 illik hüquq karyerası
Xanlar Telman oğlu Vəliyev 1955-ci ildə anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən başlayaraq prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb: Gəncə şəhər prokurorluğunun baş müstəntiqi, şəhər prokurorunun köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində olub.
1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 2005-ci ilin 10 fevral tarixindən isə Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib. Bu vəzifədə 20 il fasiləsiz çalışaraq ölkənin hüquq sistemində ən uzun müddət vəzifədə qalan yüksək vəzifəli prokurorlardan biri hesab olunur.
Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.
"Tərtər işi"ndə adı keçən ən tanınmış fiqur
Musavat.com xatırladır ki, Xanlar Vəliyevin adı 2017-ci ildə baş verən və "Tərtər işi" kimi tanınan cinayət işi ilə bağlı ictimaiyyət qarşısında ən çox hallanan vəzifəli şəxslərdən biridir.
Həmin il onlarla hərbçi "dövlətə xəyanət" ittihamı ilə saxlanılmış, işgəncəyə məruz qalmış, onların arasında istintaq zamanı ölənlər də olmuşdu.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən artıq hərbi qulluqçu (əsgər, çavuş, gizir və zabit heyəti) işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli azadlıqdan məhrum etmə cəzası verilib və 13 nəfər işgəncə nəticəsində vəfat edib.
Vəliyev o vaxt ölkənin baş hərbi prokuroru kimi prosesə birbaşa nəzarət səlahiyyətinə malik idi. Hadisələr ictimailəşdikdən sonra hüquq-mühafizə orqanlarına qarşı ittihamlar səsləndirildi, ictimai rəyə görə, Xanlar Vəliyev bu ağır cinayətlərin qarşısını almaqda və hüquqi prosesə obyektiv nəzarət etməkdə ciddi şəkildə aciz qalıb.
Xanlar Vəliyev bundan sonra hansı işlə məşğul olacaq?
Məlumata görə, onun Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərməsi gözlənilir.
Qeyd edək ki, Xanlar Vəliyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşıdır.

Siyasi       Tarix: 09 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az son xeberler bugun 2026 muharibe kriminal xeberler gunun xeberleri