2022-ci il üçün ən çox tələb olunan peşələr açıqlanıb
2022-ci il üçün ən çox tələb olunan peşələr açıqlanıb
2022-ci ildə ixtisassız kadrlara tələbat olacaq.
Bu barədə rusiyalı rekruter İlgiz Valinurov bildirib.
O, əmək bazarında ən böyük tələbatın kuryerlərə, taksi sürücülərinə və satıcılara olacağını proqnozlaşdırıb.
Valinurov qeyd edib ki, əmək bazarının köklü şəkildə dəyişəcəyini gözləməyə dəyməz.
"Cəmiyyətin müəyyən kadrlara ehtiyacı illər keçdikcə inkişaf edir. Ancaq bəzi tendensiyaları izləmək olar. Xüsusilə, satışla əlaqəli peşələr 2022-ci ildə aktual olacaq. Bura reklam və marketinq sahəsində mütəxəssisləri daxildir. Bu ixtisaslar üzrə vakant yerlər iş təkliflərinin yarısına qədərini tutacaq", - deyə o fikirlərini bölüşüb.
Valinurovun proqnozuna görə, ticarətdən sonra çatdırılma və logistika sektoru böyüməyə başlayacaq. "Marketpleyslərin (elektron kommersiya platforması, elektron ticarət onlayn mağazası – red.) sayı artır, istehsal həcmi də buna uyğun olaraq artır və bunların hamısını kimsə çatdırmalıdır", - deyə ekspert əlavə edib.
Əmək bazarı mütəxəssisinin fikrincə, taksi sürücülərinə də tələbat qalacaq.
"Həmçinin, əmək bazarında rəqəmsallaşma ilə əlaqəli insanlara ehtiyac olacaq. Bununla belə, söhbət IT direktorlarından yox, strateji düşünməyi bacaran, rəqəmsal transformasiya ilə məşğul olmağa hazır olan və şirkət daxilində yeni yanaşmalar təklif edən insanlardan gedir", -deyə Valinurov vurğulayıb.
Mənbə: Lenta.ru
Kurslar.az kurslar [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü