2024-cü ilin səs-küylü ayrılıqları - Kimlər boşandı?

2024-cü ilin səs-küylü ayrılıqları - Kimlər boşandı?Bir vaxtlar aşiq olduğunuz insanla yollarınızı ayırmaq, çox guman ki, həyatımızda yaşaya biləcəyimiz ən çətin vəziyyətlərdən biridir. Ayrılığın səbəbi nə olursa olsun, onu aradan qaldırmaq mümkün olmadıqda boşanma qaçınılmaz olur. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən verilən açıqlamada bu il 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb. Şou-biznes nümayəndələri də bu ilki ayrılıqlardan öz nəsibini aldı.
azxeber.com 2024-cü ildə boşanan məşhurların siyahısını təqdim edir:
2024-cü ilin ilk boşanma xəbəri hər kəs üçün gözlənilməz oldu. Belə ki, böyük məhəbbət və dillərə dastan olan bir toy şənliyi ilə dünya evinə girən müğənni Elçin Cəfərov və həyat yoldaşı Aydan Rüstəmxanlı bərabərliklərini sonlandırıb. Ayrılıq xəbərini aylar sonra təsdiqləyən müğənni, keçmiş həyat yoldaşı ilə dost kimi qala bilib.
May ayında isə "İmtahan" serialı ilə populyarlaşan aktrisa Üzel Kərimova türk həyat yoldaşı Muhammed Talhadan boşanıb. Onların bu nikahdan bir qızı var.
İyun ayında bir ayrılıq xəbəri də Rusiyada fəaliyyət göstərən həmyerlimiz Xalq artisti Yusif Eyvazovdan gəldi. O, Rusiyanın Xalq artisti Anna Netrebko ilə yollarını ayırdığını açıqlayıb.
Haqqında ən çox boşanma xəbərləri yayılan sevilən cütlük Ülviyyə Xəlilbəyli və Murad İsmayıl evliliklərindəki problemləri həll etməyə çalışsalar da buna nail ola bilmədilər. İki övladı olan cütlk bu il boşanaraq söz-söhbətə son qoydu.
Ötən il ani bir qərarla nikah masasına oturan model Razi Əliyeva gözlənilmədən həyat yoldaşı Nicat Əliyevlə ayrılıq ərəfəsində olduğu məlum olub. Nicat Əliyev açıqlamasında Razinin boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirmişdi. Bir neçə gün öncə isə ayrı yaşayan cütlüyün oğlu dünyaya gəlib.
Müğənni Zahidə Günəş də həyat yoldaşından ayrıldığını açıqlayıb. O, həyat yoldaşının kimliyni açıqlamasa da bildirib ki, ötən il ailə qurduğu şəxslə bu il münasibətinə son qoyub.
Türkiyə vətəndaşı Murad Temizlə ailə quran sevilən aktrisa Cəmilə Tağızadə də 2025-ci ilə subay girən məşhulardandır. Türkiyədə yaşayan və ayrıldıqdan sonra vətənə dönən Cəmilə həyat yoldaşından ona qoyduğu qadağalar səbəbilə ayrıldığını deyib. Cütlüyün bir oğlu var. 
Aysel Hacızadə

Şou Biznes       Tarix: 26 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək


yeni xeberler azerbaycan xeberleri son xeberler bugun xeberler dunyada son xeberler kriminal bugun bugunun xeberleri