2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri

2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri2027-ci ildən kənd təsərrüfatı üzrə subsidiya siyasətində yeni mərhələ başlayır. Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni mexanizmlə dövlət dəstəyinin həm istiqamətləri, həm də əhatə dairəsi genişləndirilir. Daha məhsuldar və texnoloji istehsala üstünlük verilir. Müasir suvarma və lazer hamarlama texnologiyalarından istifadə edən, sertifikatlı toxum tətbiq edən fermerlər üçün daha yüksək subsidiyalar nəzərdə tutulur. İstixanalar, ixracyönümlü bitkilər və emal sənayesi üçün istehsal olunan məhsullar da əlavə dəstək alacaq. Yeni mexanizmin əhatə dairəsi bununla məhdudlaşmır. Süd, balıqçılıq, yumurta, atçılıq və intensiv heyvandarlıq kimi sahələr üzrə ayrıca subsidiya mexanizmləri tətbiq ediləcək. Eyni zamanda, müəyyən meyarlara cavab verən təsərrüfatlara əkin subsidiyasının 30 faizinin əvvəlcədən ödənilməsi nəzərdə tutulur. Dövlətin yeni yanaşması bir tərəfdən fermerlərin maliyyə yükünü azaltmağa, digər tərəfdən isə məhsuldarlığı, texnoloji yenilənməni, emalı və ixrac imkanlarını artırmağa hesablanıb.
azxeber.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Daha keyfiyyətli və nəticəyönümlü mərhələ
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov hesab edir ki, yeni mexanizmi aqrar siyasətdə daha keyfiyyətli və nəticəyönümlü mərhələyə keçid kimi qiymətləndirmək olar: "Burada əsas məsələ təkcə subsidiyaların məbləğinin artırılması deyil, dövlət dəstəyinin məhsuldarlığın yüksəldilməsinə, müasir texnologiyaların tətbiqinə və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına yönəldilməsidir. Məsələn, buğda istehsalında lazer hamarlama suvarmanın daha səmərəli təşkilinə, su itkilərinin azalmasına və məhsuldarlığın yüksəlməsinə imkan verir. İstixanaların, ixracyönümlü bitkilərin və emal sənayesi üçün istehsal olunan məhsulların əlavə dəstəklənməsi aqrar sektorun yalnız xammal istehsal edən sahə kimi deyil, daha yüksək əlavə dəyər yaradan sektor kimi inkişafına şərait yarada bilər".
"Hər hektardan keyfiyyətli məhsul əldə olunmalıdır"
Millət vəkilinin sözlərinə görə, yeni subsidiya siyasətində əsas yanaşma fermeri daha səmərəli və müasir üsullarla istehsala yönəltməkdir: "Bu yanaşma uzunmüddətli perspektivdə aqrar sektorda struktur dəyişikliklərinə səbəb ola bilər. Real dönüş üçün əsas şərtlərdən biri məhsuldarlığın artırılmasıdır. Bunun üçün yalnız əkin sahələrinin genişləndirilməsi kifayət etmir. Mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və keyfiyyətli məhsul əldə olunmalıdır. Müasir texnologiyaların tətbiqi bu baxımdan mühüm rol oynayır. Ənənəvi üsullarla becərilən təsərrüfatlarda taxılın məhsuldarlığı 15-25 sentner səviyyəsində olduğu halda, innovativ texnologiyalardan istifadə edən bəzi təsərrüfatlarda bu göstəricini 60 sentnerə qədər yüksəltmək mümkündür".
Yüksək məhsuldarlıq, aşağı maya dəyəri
A.Badamov bildirdi ki, subsidiya mexanizminin təsirini artırmaq üçün fermerlərin bilik və bacarıqları da gücləndirilməli, aqrar məsləhət xidmətləri inkişaf etdirilməli və texnologiyalara çıxış imkanları genişləndirilməlidir: "Dövlət dəstəyi fermerin istehsal xərclərinin bir hissəsini kompensasiya etməklə maya dəyərinin azalmasına və gəlirliliyin yüksəlməsinə imkan verir. Gəlirlərin artması isə fermerin növbəti istehsal mövsümünə daha çox vəsait yatırmasına şərait yarada bilər. Beləliklə, daha keyfiyyətli toxum, müasir suvarma sistemi və texnikaya investisiya imkanları genişlənir. Əkin subsidiyasının 30 faizinin əvvəlcədən ödənilməsi də bu baxımdan mühüm addımdır. Fermer gəliri məhsulu satdıqdan sonra əldə etsə də, toxum, gübrə, yanacaq, texnika və suvarma kimi əsas xərcləri əkin dövründə qarşılamalıdır. Xüsusilə kiçik təsərrüfatlar üçün bu, ciddi maliyyə yükü yarada bilər. Subsidiyanın bir hissəsinin əvvəlcədən ödənilməsi fermerə müəyyən qədər dövriyyə vəsaiti qazandıraraq əkin prosesinə daha rahat başlamasına imkan verə bilər. Mexanizmin səmərəli işləməsi üçün tətbiq qaydalarının sadə və şəffaf olması vacibdir. Kiçik təsərrüfatların dəstəkdən yararlanması üçün həddindən artıq mürəkkəb tələblərin müəyyənləşdirilməsi gözlənilən effekti zəiflədə bilər".
"Aqrar istehsalın diversifikasiyasına imkan yaradır"
İqtisadçı Elçin Əkbərov isə düşünür ki, yeni mexanizmin diqqətçəkən tərəflərindən biri dövlət dəstəyinin konkret istehsal davranışları ilə əlaqələndirilməsidir: "Bundan sonra fermerin hansı texnologiyadan istifadə etməsi və istehsal prosesinin rəsmi şəkildə sənədləşdirilməsi daha çox əhəmiyyət daşıyacaq. Konkret olaraq buğda subsidiyası buna nümunədir. 22 ixtisaslaşmış rayonda müasir suvarma ilə becərilən buğdaya hektara 400 manat, ənənəvi suvarma və ya dəmyə üsulu ilə becərilən buğdaya isə hektara 200 manat subsidiya nəzərdə tutulması texnoloji yenilənmənin maliyyə baxımından daha çox təşviq edildiyini göstərir. Kartof və tərəvəz üzrə müasir suvarmadan istifadə edən təsərrüfatlara daha yüksək dəstəyin verilməsi də istehsalçıların texnologiyaya keçidini sürətləndirə bilər. Eyni zamanda, yeni subsidiya istiqamətlərinin heyvandarlıq və akvakultura sahələrini əhatə etməsi aqrar istehsalın diversifikasiyasına imkan yaradır".
Tək subsidiya kifayət deyil
E.Əkbərov hesab edir ki, yeni mexanizmin real dönüş yaratmaq potensialı var, lakin subsidiya aqrar sektorun bütün problemlərini təkbaşına həll edə bilməz: "Torpaqların parçalanması, su təminatı, maliyyəyə çıxış, texniki bilik və aqrar məsləhət xidmətlərinin yetərli olmaması, eləcə də emal imkanlarının məhdudluğu kimi məsələlər də paralel şəkildə həllini tapmalıdır. İslahatın effektivliyini qiymətləndirərkən subsidiya alan təsərrüfatlarda məhsuldarlığın artması, məhsul vahidinə sərf olunan suyun azalması, emala yönəldilən məhsulun həcminin yüksəlməsi və əlavə dəyərli məhsulların ixracının genişlənməsi kimi göstəricilər əsas götürülə bilər".
İqtisadçının fikrincə, subsidiyanın 30 faizinin əvvəlcədən ödənilməsi də bu baxımdan diqqətçəkən məqamdır: "Avans mexanizmi bütün kiçik fermerləri əhatə etmir. Hazırda açıqlanan qaydalara əsasən, 5-100 hektar əkin sahəsi olan, müəyyən edilmiş birillik yazlıq və ya payızlıq bitkiləri becərən və fermer reytinqi 30-dan yuxarı olan təsərrüfatlar bu imkandan yararlana bilər. Bu isə 5 hektardan az əkin sahəsi olan təsərrüfatların mexanizmdən kənarda qalması deməkdir".

Sosial       Tarix: 14 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler