"2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik" - Vaan Kostanyan
"Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin, eləcə də nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir".
KONKRET.azxəbər verir ki, bu barədə Brüsseldə jurnalistlər üçün brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Onun sözlərinə görə, regional kommunikasiyaların bərpası Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında əsas əlaqələndirici körpülərdən birinə çevrilməsinə imkan verəcək:
"Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla – Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq".
Kostanyan regional nəqliyyat layihələri üzərində işlərin davam etdiyini və qonşu ölkələr tərəfindən daha çox səmimilik nümayiş etdiriləcəyi təqdirdə bu prosesin daha tez də baş verə biləcəyini qeyd edib. Nazir müavini nəqliyyat əlaqələrinin genişlənməsinin həm iqtisadi əməkdaşlığın inkişafına, həm də bölgədə sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb."Qafqazinfo"

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK