213 obyektdə sanitar-epidemioloji tələblər pozulub

213 obyektdə sanitar-epidemioloji tələblər pozulubSahibkarlıq subyektlərində monitorinqlər davam edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 10-da keçirdiyi monitorinqlərdə Yasamal rayonunda "Uğur market"də, "City market"də, "Ukrayna məhsulları" mağazalarında, "İstanbul dönər"də, Səbail rayonunda "Asian Street Food" ictimai-iaşə obyektində, "Dokta" MMC-yə məxsus aptekdə, Natiq Kələntərova məxsus "Min bir xırdavat" mağazasında, Nizami rayonunda "Nağıl market"də, "Hermes market"də, "Oba market"də, Əbülfət Səfərova məxsus ərzaq mağazasında, Sabunçu rayonunda "Lyüks tikinti materialları mağazası"nda, "Real inşaat mağaza"da, "24 saat market"də, "Seyid ərzaq mağazası"nda, Nərimanov rayonunda Elnur Səlimova məxsus ərzaq mağazasında, Arif Həsənova məxsus "Şərab evi"ndə, Xətai rayonunda "Magic Powder" MMC-yə məxsus mağazada, Suraxanı rayonunda İsmayıl Cabbarlıya və Təranə İbrahimovaya məxsus ərzaq mağazalarında, Binəqədi rayonunda Sehran Qasımova məxsus telefon mağazasında, Mirəsgər Mehdizadəyə məxsus aptekdə, Qaradağ rayonunda Mirheydər Həsənova və Səbirə Nəcəfovaya məxsus mağazalarda, Xəzər rayonunda "Araz market"də, "Oba market"də, "Everest market"də, Nəsimi rayonunda "İstanbul Mall"da, Sirac Əhmədova məxsus telefon mağazasında, Ağsu rayonunda Müşfiq Ədilova və Kifayət Qədimovaya məxsus geyim mağazalarında, "Kafe Amir"də, Lənkəran rayonunda Ruslan Mirzəyevə məxsus "İnşaat malları mağazası"nda, Amil Nuriyevə və Müşfiq Qasımova məxsus mağazalarda, Balakən rayonunda "Damla uşaq geyimləri mağazası"nda, Füzuli rayonunda Coşqun Əsədova məxsus "Min bir xırdavat" mağazasında, Tuğay Bayramova məxsus ictimai-iaşə obyektində, Yevlax rayonunda "Halal market"də, "Aptek Zeytun"da, Qusar rayonunda "Antalya", "555 Elektroniks" mağazalarında, "Estetik" gözəllik salonunda, ümumilikdə, monitorinq aparılmış 631 obyektin 213-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıblar və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
İyulun 10-da nəzarət tədbirləri keçirilmiş obyektlərin 94-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 11-dək monitorinq aparılmış 14262 sahibkarlıq subyektindən 6472-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 12 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat