220 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi

220 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi220 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentlikdən verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 4 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 48-i ictimai iaşə obyekti, 172-si ərzaq satışı mağazası olmaqla, ümumilikdə 220 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 78-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
"Təməl", "Ümid", "Venera", "Ay", "24 saat", "Aydın" marketləri, Quliyev Rauf Təşkilat oğluna, Əmiraslanova Şura Nadir qızına, Əliyev Sülfəddin Həsrət oğluna, Əmirov Rövşən Xoca oğluna məxsus ərzaq mağazaları;
Digər şəhər və rayonlar üzrə:
Kürdəmir rayonunda Kərimov Vahid Nəbi oğluna, Bəşirov Əlisa Əlmərdan oğluna, Məmmədov Maarif Əlihüseyn oğluna, Qədirov Maşallah Nadir oğluna, Sadıqov Yaşar Xalid oğluna, Qurbanov Vaqif Murad oğluna, Azayev İrşad Habil oğluna, Nuriyev Saleh Səid oğluna, Məmmədov Zahir Ağazahid oğluna məxsus ət satışı mağazaları;
Ağsu rayonunda Mustafayev Vasif Qəhrəman oğluna məxsus kafe (fəaliyyəti məhdudlaşdırılıb), Mahmudov Arif Əlövsət oğluna, Səfərəliyev Yaşar Mürsəli oğluna, Zərbalıyev Rövşən Şakir oğluna, Kərimov Ruslan Mətləb oğluna, Əsgərov Rasim Əsgər oğluna və Əliyev Röyal Soltanəli oğluna məxsus ət satışı mağazaları (son iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb);
Göyçay rayonunda Abdurahmanova Qızbəs İsmayıl qızına, Nəbiyev Məhbub Fərrux oğluna, Rəhimov İlqan Əlif oğluna məxsus kafelər;
Şamaxı rayonunda Əhmədov Mehman Əhməd oğluna, Nəcəfov Çingiz Museyib oğluna, Rəhimov Elçin Rafik oğluna, Nəcəfov Natiq Cəfər oğluna, Sadıqov Salman Süleyman oğluna, Musayev Zakir Sovqat oğluna, Allahverdiyev Əlikram Kamran oğluna, Babayev Rəşad Ələmdar oğluna, İbrahimov Seymur Nifdulla oğluna, Şirinov İlqar Durqardaş oğluna, Kərimov Elşad Arif oğluna, Pənahov Əlseyid Abdulla oğluna, Ələkbərov Qahir Sabir oğluna, Musayev Hikmət Sovqat oğluna, Şıxəliyev Əfqan Əmrah oğluna, Abdullayeva Alidə Sirac qızına, Qocayev Vidadi Ərzuman oğluna, Mirzəyev Fuad Təvəkkül oğluna, Mahmudov Nurlan Babaqulu oğluna məxsus ət satışı mağazaları;
Sabirabad rayonunda Heydərov Famin Mimaz oğluna, Həsənov Emin Afət oğluna, Süleymanov Fəxri Əsgər oğluna və Nağıyev İlqar Sadıq oğluna məxsus ərzaq mağazaları;
Şirvan şəhərində Qasımov Oqtay Qasım oğluna və Tərlanov İsmayıl Xasay oğluna məxsus ərzaq mağazaları;
Şabran rayonunda Şabanov İlham Həbibulla oğluna, Hacıyev Laçın Akif oğluna, Ağayev Zahid Sədi oğluna, Mürsəlov Fərid Ramazan oğluna, Əliyev Əmirşah Əlişah oğluna, Xəlilov Cəsarət Akif oğluna məxsus ərzaq mağazaları;
Quba rayonunda Abbasov Zaur Abbas oğluna və Bağırov Müşfiq Əsgər oğluna məxsus kafelər, Axundov Hafiz Cabbar oğluna və Əmirbalayev Nazif Nürəddin oğluna məxsus ərzaq mağazaları;
Qazax rayonunda "R&T" və "Köz dönər" kafeləri, "Günay" ərzaq mağazası;
Ağstafa rayonunda "Samovar" kafesi və "Həyat" marketi;
Şəmkir rayonunda "Lappetite", "Ulu Göyçə", "Orxan" kafeləri, "Min Bir" şirniyyat evi, "Anar", "El", "Bizim", "Azpetrol" və "Çinar" ərzaq mağazaları.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.  /oxu.az

Sosial       Tarix: 05 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı sonxeber cəbhədən son xəbərlər 2026 havanın temperaturu