23 yaşlı Rəsulzadə və 102 yaşlı Azərbaycan

23 yaşlı Rəsulzadə və 102 yaşlı Azərbaycan23 yaşlı Rəsulzadə və 102 yaşlı Azərbaycan
Kubra Məhərrəmova yazır...
28 may 1918-ci il.  Düz 102 il əvvəl Tiflisdə Azərbaycanın çox ziyalı, vətənpərvər, xalqını sevən oğulları ölkəmizin müstəqilliyini elan etdilər. 
Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, ölkə Parlamenti elan etdi. Və Azərbaycan tarixində ilk parlamentli respublikanın əsası qoyuldu. 
Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. 
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirildi və İstiqlal Bəyannaməsi qəbul olundu. 
İstiqlal Bəyannaməsinə oxuyarkən bunu yazan kəslərin necə mütərəqqi, işıqlı, ziyalı olduqlarını dərk edirsən. İnsanların düşüncə tərzinin hansı səviyyədə olduğuna təəccüb etməmək mümkün deyil. Nəzərə alın ki, bütün bu hadisələr XX əsrin əvvəllərində, Qafqazda, kiçik bir müsəlman ölkəsində baş verirdi. 
Təkcə bu bəndi oxuduqda ən demokratik və ali ideyalardan yaranan Azərbaycan Cümhuriyyətinin baniləri qarşısında təzim edir insan: 
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinifindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.  
İstiqlal Bəyannaməsini oxuyanda belə suallar yaranır: Görəsən o zaman, XX əsrin əvvəllərində sadə bir azərbaycanlı üçün bu müstəqillik nə dərəcədə önəmli idi? Nə dərəcədə o dövrün fəhləsi, müəllimi, mollası üçün bu fakt vacib idi?
Dəqiq bilməsəm də, içimdə belə hiss yaranır ki, bu, qara camaat üçün o qədər də vacib deyildi. Vacib deyildi ki, Azərbaycan Cümhuriyyətinin ilk diplomatik fəaliyyəti harada və necə baş vermişdi. 
Düşünmürəm ki, o vaxt kiməsə maraqlı idi ki, 1919-cu ildə aprelin 22-də Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Məmmədhəsən Hacınski, Ə.Şeyxülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyevdən ibarət Azərbaycan nümayəndə heyəti Parisə yola düşmüş, bir ay ərzində müxtəlif dövlətlərin nümayəndə heyətləri ilə söhbət aparmış, hətta ABŞ Prezidenti Vudro Vilsonla da görüşmüşdülər. Paris haradadır? Paris sülh konfransı nədir? 
Bapbalaca, Qafqazda, müsəlman ölkəsinin nümayəndələri... Dünyanın gözündə cırtdan görünən ölkənin div boyda vətən sevgisi olan mərd oğulları Azərbaycan Cümhuriyyətinin varlığı üçün əllərindən gələn hər şeyi edirdilər. Nəticənin nə olacağından asılı olmayaraq, onlar bu sevgiyə və arzuya inanırdılar. İnanırdılar - "Bir kərə yüksələn bayraq, bir daha enməz". Və həqiqətən də Rəsulzadənin söylədiyi tarixi fikir öz həqiqətini yaşadı. Yüksəldi və bir daha enmədi. Müvəqqəti olaraq rus-bolşevik sisteminin işğalı dövründə endirilsə də, qəlblərdə enmədi. Yenə də yüksəldi. 
Bu gün Azərbaycanın müstəqilliyi bəziləri üçün vacib deyil. Bunu açıq surətdə sosial şəbəkələrdə, forumlarda bildirirlər. Bu qəbil insanlar üçün mütərəqqi, müstəqil ölkədə yaşamaq amili yoxdur. Onlar hələ də Sovet dövrünün xiffətini çəkir, Cümhuriyyət yaradanları pisləyirlər. İndi də müstəqil Azərbaycanın əldə etdiyi uğurları görməzdən gəlirlər. Lap XX əsrin əvvələrindəki molla, müəllim, fəhlə kimi...
Amma bu gün xeyli gənclərimiz var ki, onların qəlbi müstəqillik sevdası ilə doludur. Əminəm ki, məhz bu sevdaya görə Azərbaycan hər zaman yaşayacaq. Bu gənclərin fikirləri, Azərbaycan sevgisi, elə 102 il əvvəl Cümhuriyyət quran həmin o kəslərin sevgisidir. İllər sonra o düşüncələr, məqsədlər bu kəslərin qəlbində yer tapıb.
Bu yaxınlarda gənc qrafik rəssam Tural Hüseynov 23 yaşlı Məhəmməd Əmin Rəsulzadənin fotosunu bərpa edib rəngləyərək, ictimaiyyətə təqdim etdi. Fotonun orijinalı 1907-ci ilə məxsusdur və "Nicat" cəmiyyətinin kollektiv fotosundan kəsilib. 
23 yaşlı Rəsulzadə və 102 yaşlı Azərbaycan23 yaşlı Məhəmməd Əmin Rəsulzadənin real, doğma simasını bərpa etməsi, zənnimcə, bir gəncin içində nə qədər böyük Azərbaycan sevgisi olmasından xəbər verir. 23 yaşlı Məhəmməd Əmin Rəsulzadənin bərpa olunmuş fotosuna baxanda adamı dəhşətli hisslər bürüyür. 
Sanki foto indi danışacaq və deyəcək ki, SƏN BİZİMSƏN, BİZİMSƏN DURDUQCA BƏDƏNDƏ CAN, YAŞA – YAŞA, ÇOX YAŞA, EY ŞANLI AZƏRBAYCAN! 
Cümhuriyyəti yaradanların hər biri qarşısında təzim edərək, ruhları qarşısında baş əyirəm. Çox mürəkkəb dövrdə mümkün olmayanları edənlər... Şərqdə ilk dəfə müstəqil, demokratik ölkə quranlar... Öz rəmzləri və qanun-qaydaları ilə dünya tarixinə ilk addımını atanlar... Sizə sevgimiz böyük və sərhədsizdir. 
Bu sevgi olduqca, Azərbaycan var olacaq. Azərbaycan müstəqil olacaq, ölkəmizin 102 il əvvəl səmalara yüksələn üçrəngli bayrağı əbədi olaraq dalğalanacaq. Var ol, Azərbaycan! 102 yaşın mübarək, doğmam!

Sosial       Tarix: 28 may 2020
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xəbər ən son xeberler en son xeberler