"27 sentyabr –Anım Günü" Naftalanda anıldI - FOTOLAR
Mənfur düşmənin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmasından bir il ötür.
Azxeber.com xəbər verir ki, 27 sentyabr-Anım günü ilə əlaqədar olaraq Naftalan şəhərində tədbir təşkil olunub. Tədbirdə ŞİH başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin adına ucaldılmış Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhər ərazisində Şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ŞİH başçısı Vüqar Novruzov, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Goranboy şöbəsinin rəisi Abdin Rüstəmov və şəhid ailəsi Zülfümar Nuriyeva çıxış edib. Tədbirin sonunda "Dəmir Yumruq"un tarixi zəfəri sənədli filmi nümayiş olunub.









Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR