30 il polisdən qaçdıqdan sonra həbs edilən "Cosa Nostra" mafiya başçısının gizli bunkeri tapıldı - FOTO

30 il polisdən qaçdıqdan sonra həbs edilən 30 il polisdən qaçdıqdan sonra həbs edilən "Cosa Nostra" mafiya başçısının gizli bunkeri tapıldı - FOTO
İtaliyada bir müddət əvvəl həbs edilmiş Siciliya mafiya başçısı Matteo Messina Denaronun gizli bunkeri aşkarlanıb.
30 il polisdən gizlənən Denaro yanvarın 16-da həbs edilib.
Onun gizli bunkerinin girişi Kampobello-di-Madzara şəhərindəki evdə, paltarlar olan şkafda yerləşir. Denaronun evinin əvvəllər mafiya ilə əlaqəsinə görə mühakimə olunan, lakin 2001-ci ildə bəraət qazanan şəxsə aid olduğu güman edilir. Hazırda bunkerin imkanları tam olaraq məlum deyil.
Müstəntiqlərin sözlərinə görə, həmçinin zümrüd, brilyant və digər qiymətli daşlar da aşkarlanıb. Eyni zamanda ekspertlər 2017-ci ildə vəfat edən əsas mafiya başçısı Toto Riinanın sənədlərinin olduğu gizli arxivi axtarırdılar.
Mənbələrin bildirdiyinə görə, qiymətli kağızlar Denaro tərəfindən oğurlanıb və cinayətkar  dəstənin son 40 il ərzində törətdiyi qətllərin sirlərini ehtiva edir.
Prokurorların fikrincə, Denaronun Siciliya mafiyasının törətdiyi ən dəhşətli cinayətlərdən bəziləri haqqında məlumatı var. 1992-ci ildə mafiyaya qarşı mübarizə üzrə hakimlər Covanni Falkone və Paolo Borsellinonun ölümü ilə nəticələnən partlayışlar da bu sıraya daxildir. Eləcə də Denaronun 1996-cı ildə mafiya başçısının 12 yaşlı oğlu Cüzeppe Di Matteonun qətlindən də məlumatlı olduğu bildirilir. 12 yaşlı Cüzeppe Di Matteo cinayətin şahidi olduğu üçün boğularaq öldürülüb və  cəsədi turşuda əridilib.
Məlum olduğu kimi, Denaro onlarla insanı şəxsən öldürməkdə və ya qətlinə sifariş verməkdə təqsirli bilinərək qiyabi şəkildə ömürlük həbs cəzasına məhkum edilib. Onun atası "Cosa Nostra" mafiyasının başçısı olub. Denaro öz növbəsində ailə biznesini ələ keçirib, həmçinin tullantıların idarə edilməsi, külək enerjisi və ticarət üzrə milyardlar gətirən qeyri-qanuni imperiya qurub.
Eyni zamanda İtaliya mafiya başçıları evlərinin altında qaçış tunelləri yaratmaqla tanınırlar. Onlar dağlarda bunkerlər tikirlər ki, bu bunkerlərə ancaq piyada getmək mümkündür, həmçinin də qaçmalı və gizlənməli olduqları hallar üçün meşədə sığınacaqlar qururlar.
30 il polisdən qaçdıqdan sonra həbs edilən 30 il polisdən qaçdıqdan sonra həbs edilən 30 il polisdən qaçdıqdan sonra həbs edilən 30 il polisdən qaçdıqdan sonra həbs edilən 30 il polisdən qaçdıqdan sonra həbs edilən 30 il polisdən qaçdıqdan sonra həbs edilən Mənbə: "The Guardian" / oxu.az

Maraqlı       Tarix: 20 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün azerbaycan son xeber bugun beynelxalq bank mezenne hava proqnozu