300-dən çox qaziyə reabilitasiya prosesi tətbiq edən həkim DANIŞDI
300-dən çox qaziyə reabilitasiya prosesi tətbiq edən həkim DANIŞDI
Bu gün bizdə olan məlumatlara görə, səkkiz qazimizin RGO tipli ortopedik reabilitasiya cihazına ehtiyacı var. Həmin cihazlar "YAŞAT" Fondu tərəfindən alınaraq, ölkəmizə gətirilib. Bu, çox özəl bir ortopedik cihazdır.
Bu sözləri Oxu.Az-a açıqlamasında qazilərin reabilitasiyası prosesində yaxında iştirak edən həkim reabilitoloq-mütəxəssis Gülnarə Nuruzadə deyib. O, qazilərimizin hər birinin reabilitasiya prosesindən keçməli olduğunu qeyd edib:
"Qazilərimiz arasında yeriyə bilməyən, oturaq halda olanlar var. Eləcə də bazu sümüyündən, çiynindən əməliyyat keçirənlərin də sayı az deyil. Onların hər biri burada reabilitasiya prosesinə cəlb olunublar. Daha ağır vəziyyətdə olan, məsələn kəllə trepanasiyası (kəllə sümüyünün yarısının çıxarılması - red.) keçirən qazilərimiz var ki, onların sağlamlıqlarının bərpası üçün zaman lazımdır.
Cihaz xüsusilə aşağı ətraflarda hissiyyatı olmayan qazilər üçün effektivdir. Cihaz vasitəsilə 6 ay ərzində təlim keçirilir. Artıq elə qazimiz var ki, 2 həftə ərzində təlim keçib. Əvvəl 5 dəqiqə ərzində ayaq üstə dayana bilirdisə, bu gün 1 saatdan çox ayaq üstə dayanır, həmçinin yeriyə bilir".
Həkim bildirib ki, qazilərimiz arasında ayaqlarını, barmaqlarını hiss etməyənlər olub:
"Cihazla reabilitasiyadan sonra qazilər hissiyyatlarını bölüşürlər. Onlar ayaqlarını, barmaqlarını hiss etdiyini deyirlər. Bu isə yaxşılaşma əlaməti hesab olunur. Aşağı ətrafların sinir qidalanması nəticəsində belə hissiyyatlar duyulur. Qazilərimizin bel travmalarının dərəcəsindən asılı olaraq, eləsi var 1 ilə, eləsi isə var ki, 2 həftə sonra sərbəst yeriyə bilər. Ümid edirik ki, qısa zamanda qazilərimizin hər birini ayaq üstə görəcəyik. Sağlamlığına qovuşan qazilərimiz digərlərinə də yüksək motivasiya verir".
Həkimin sözlərinə görə, 3 ay ərzində 301 xəstəyə ortopedik reabilitasiya prosesi tətbiq edib.
"Xəstələrin siyahısı tərtib olunub və onlara lazım olan cihazlarla müalicəsi üçün xüsusi proqramlar tətbiq edilir", - deyə G.Nuruzadə sonda əlavə edib.
Könül Cəfərli
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ