4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında

4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında"AQA Şirkətlər Qrupu" QSC və Dəmirçi Qafar Aydın oğlu barəsində qaldırılan məhkəmə iddiası ilə əlaqədar olaraq bu gün Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə  hazırlıq iclası keçirilib.
KONKRET.az xəbər verir ki, "AQA Şirkətlər Qrupu" və Qafar Dəmirçi barəsində məhkəmə iddiası Məmmədova Ulduz Mənsur qızı ilə Sadıqov Rəşad Nizami oğlu tərəfindən qaldırılıb.
Məhkəmə iddiasının müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələrlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qafar Dəmirçi "AQA Şirkətlər Qrupu" QSC-nin vitse prezidentidir. O bu yaxınlarda Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilib. Daha sonra 8 milyon manat dəyərində dəymiş ziyanı ödədiyi üçün həbsdən azad olunub.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 000 manat olan "AQA Şirkətlər Qrupu" QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. "AQA Şirkətlər Qrupu"nun təsisçisi tanınmış iş adamı Aydın Dəmirçidir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda "AQA Şirkətlər Qrupu"na bağlı olan iş mərkəzləri arasında "Demirchi Tower", "AGA İş Mərkəzi", "Ariana Business Park", "Caspian Business Center", "Lotfi Zadeh Texnologiyalar Mərkəzi" və "Caspian Plaza" (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa "AGA Qroup" maliyyə ("Ferrum Kapital" və "Caspian Audit"),  kənd təsərrüfatı ("AGA Agro", "Monte Ferro"),  İnformasiya Texnologiyaları ("Bravo Online Systems"), turizm və otelçilik ("Da Vinci" və "Caspian Palace" otelləri)  sahələrində də fəaliyyət göstərir.
Aydın Dəmirçinin oğlu olan Qafar Dəmirçi 1986-cı ildə anadan olub. London Universitet Kollecinin İqtisadiyyat fakültəsini bitirib. 2008-ci ildən İT sahəsində fəaliyyət göstərir. 2014-cü ildən etibarən "AGA Group" şirkətində vitse-prezident vəzifəsində çalışır. Qafar Dəmirçi eyni zamanda iqtisadiyyat mövzusunda video-dərslər çəkərək "Yotube" sosial şəbəkəsində paylaşır.
Qafar Dəmirçi həmçinin triatlon idman növü ilə məşğul olur. O, gənc idmançılarla birgə "Baku Tri Klub"u yaradıb. Bu vaxta qədər Qafar Dəmirçi 7 qitə olmaqla 16 dəfə marafonda iştirak edib. Aydın Dəmirçi də triatlon üzrə beynəlxalq yarışlarda iştirak edir.//Yeniavaz.com

Hadisə       Tarix: 24 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhta

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler sonxabar az krminal bu gun cəbhədən canlı