40-a yaxın bağça müdiri işdən çıxarılıb

40-a yaxın bağça müdiri işdən çıxarılıbMəktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin bağçalara nəzarət etdiyi aylar ərzində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər zamanı 40-a yaxın müdir işdən çıxarılıb.
azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb.
O, eyni zamanda, qeyd edib ki, həmin müddət ərzində 450 məktəbəqədər təhsil müəssisəsində qida ilə bağlı monitorinqlər aparılıb:
"Qida ilə birbaşa işləyən şəxslər, aşpazlar təlimlərə cəlb edilib".
O əlavə edib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artırılması da əsas hədəflər sırasındadır:
"Əvvəl bu hədəf 17 min idisə, artıq 20 minə qədər uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur".
İlahə Rəsulova deyib ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vakansiyası üçün müraciət edən namizədlərdən mütləq ali məktəbəqədər və ya pedaqoji təhsil tələbi var:
"Amma ən azı 3 il məktəbəqədər təhsil müəssisəsində çalışmaqla bağlı iş stajı da tələb olunur. İlk dəfə ötən il müdir vəzifəsi üçün məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoji heyət dəvət olunmuşdu. Ümumilikdə 300 nəfər müraciət etdi və test mərhələsindən 172 nəfər uğur qazandı, müsahibədən isə 55 nəfər uğur qazandı, onlar artıq adaptasiya seminarlarına cəlb olunublar. Müəyyən yerlər boş qaldığı üçün yenidən müsabiqə elan olundu. Bu müsabiqəyə hazırda işləməyən, amma daha əvvəl məktəbəqədər təhsil müəssisəsində işləmiş namizədlər də dəvət edilirlər. Ötən həftə 1-ci mərhələyə 565 nəfər dəvət olundu. Onlardan 385 nəfər test mərhələsində iştirak edib və nəticələrin emalı gedir. Uğur qazanan namizədlər daha sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.
O, eyni zamanda, bildirib ki, 2022-ci ildə ümumilikdə 200 tərbiyəçi müəllim bağçalara mərkəzləşmiş qaydada işə götürülüb. 2023-cü ildən bu günə qədər isə 282 tərbiyəçi müəllim mərkəzləşmiş qayadada işə götürülüb.

Sosial       Tarix: 05 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta xəbər.az metbuat bugunun xeberleri