44 günlük müharibə zamanı RUSİYA... - Erməni generaldan SENSASİYA

44 günlük müharibə zamanı RUSİYA... - Erməni generaldan SENSASİYABir vaxtlar qondarma "dqr"in "müdafiə naziri" olmuş qondarma general ("samozvanets") Samvel Babayan Ermənistanın A1+ kanalına müsahibəsində Qarabağdakı məğlubiyyətə görə birbaşa Rusiyanı ittiham edib.
Babayan Rusiyanı hələ Paşinyanın hakimiyyətə gəlişindən əvvəl sifariş edilmiş "Tor" zenit-raket komplekslərinin təchizatını qəsdən gecikdirməkdə günahlandırıb. Üstəlik bildirib ki, 44 günlük müharibənin şiddətli vaxtında, Azərbaycan ordusunun Şuşaya doğru irəlilədiyi günlərdə Rusiya 102-ci bazanın arsenalından Ermənistan ordusuna "Buk-M1" zenit-raket kompleksləri verməyə hazır olduğunu bildirib. Amma məlum olub ki, bu komplekslərin çoxu xarabdır.

"Hələ Nikol Paşinyandan əvvəl 200 milyon dollar kredit (Rusiyadan götürülən güzəştli silah kreditindən söhbət gedir - red.) götürülmüşdü və "Tor" zenit-raket kompleksləri sifariş edilmişdi. Erməni mütəxəssisləri "Tor"ları çarə kimi təqdim etmişdilər və siyasi rəhbərlik razılaşmışdı, pulların bir hissəsi əvvəlcədən ödənilmişdi. Müharibə başlayanda 6 "Tor" kompleksi artıq Qarabağda idi və daha 18-nin, yaxud 24-ünün gətirilməsi gözlənilirdi. Lakin həmin 6 kompleksdən 4-nü müharibənin ilk saatlarındaca Azərbaycanın pilotsuz aparatları məhv etdi", - Samvel Babayan bildirib.
Müharibə dövründə qondarma "dqr"in "təhlükəsizlik şurasının sədri" olmuş və kapitulyasiyadan sonra istefa vermiş Babayan daha sonra deyib ki, Rusiya əvvəlcədən sifariş edilmiş "Tor" zenit-raket komplekslərinin qalanlarının çatdırılmasını qəsdən ləngidirdi.
44 günlük müharibə zamanı RUSİYA... - Erməni generaldan SENSASİYA"Sual yaranır, əgər Rusiya daha 18 "Tor" verməliydisə və buna görə əvvəlcədən ödəniş almışdısa, nəyə gərə cəmi 6 vahid vermişdi? Oktyabrın 21-də Rusiya bildirdi ki, 102-ci bazanın arsenalından 6 "Buk-M1" zenit-raket kompleksi verməyə hazırdır. Heyətlər hazırlandı və texnikanı təhvil almaq üçün göndərildi, amma məlum oldu ki, qurğulardan 5-i xarabdır. Sonra məlum oldu ki, Rusiyadan təmir briqadası ancaq noyabrın 3-də gələ bilər, təmir edilmiş qurğuları isə bizə ancaq noyabrın 10-da təhvil verə biləcəklərini dedilər", - general Samvel deyib.
O, xatırladır ki, oktyabrın 26-da və 27-də fəal danışıqlar gedirdi, Azərbaycan tərəfi bildirirdi ki, Şuşanı azad edənə qədər dayanmaq niyyətində deyil. Ona görə də Babayanın fikrincə, Rusiya zenit-raket komplekslərinin təchizatını ləngitməklə vaxtı uzatmaq istəyirmiş.
44 günlük müharibə zamanı RUSİYA... - Erməni generaldan SENSASİYA"Kim Paşinyanı ittiham edirsə ki, niyə müharibəni dayandırmayıb, bilməlidir ki, müharibənin dayandırılması Paşinyandan asılı deyildi. Hesab edirəm ki, müttəfiq pulu əvvəlcədən ödənilmiş silahları vaxtında verməliydi, amma bunu qəsdən eləmədi, bizim uduzmağımız üçün. Ona görə də mən təklif edirəm ki, müttəfiqlə yol xəritəsi tərtib edilsin və bənd-bənd orada izah olunsun ki, onlardan hansı halda nə gözləməliyik və yenidən kürəyimizdən zərbəni nə vaxt alacağımızı bilməliyik", - Samvel Babayan belə deyib.
44 günlük müharibə zamanı RUSİYA... - Erməni generaldan SENSASİYAQeyd edək ki, 44 günlük müharibə zamanı Rusiyanın 102-ci bazadan Ermənistana bəzi silahlar verdiyinə dair Azərbaycan tərəfində məlumatlar var idi. Lakin indiki halda Babayanın məğlubiyyətin səbəbinin guya Rusiyanın "Tor" komplekslərinin təchizatını gecikdirməsi və ya nasaz "Buk" kompleksləri təklif etməsi ilə əlaqəli olduğunu deməsi sadəcə olaraq bəhanədir. Bir halda ki, Azərbaycanın müharibənin elə ilk saatlarındaca Ermənistan ordusunun Qarabağdakı hava hücumundan müdafiə komplekslərinin çoxunu məhv etdiyini Babayan özü etiraf edir, o zaman daha bir neçə "Tor" və ya "Buk" komplekslərinin döyüş əməliyyatları teatrına daxil olması heç nəyi dəyişməyəcəkdi. Azərbaycan ordusu onları da bir-birinin ardınca məhv edəcəkdi. Hansı ki, Azərbaycan ordusunun yüksək dəqiqlikli müasir silah sistemləri və tətbiq etdiyi beşinci nəsil müharibə taktikası sayəsində Ermənistan ordusunun S-300 zenit-raket kompleksləri də daxil olmaqla çoxsaylı hava hücumundan müdafiə vasitələri faktiki olaraq döyüşə atılmadan öz mövqe rayonlarında zərərsizləşdirildi. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 17 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun en son xeber son xeber 2026 maşın realiti şou