44 rəqəmi Qəhrəman və məğrur xalqlar üçün Zəfərə qovuşmağın etalonudur' - Deputat

44 rəqəmi Qəhrəman və məğrur xalqlar üçün Zəfərə qovuşmağın etalonudur' - Deputat"Bu gün Azərbaycan xalqı tarixinin ən möhtəşəm bir bayramını böyük coşqu və sevinclı qeyd edir. Sevinci və həyacanı bitməyən bu bayram nəinki xalqımız və türk dünyası üçün, eyni zamanda bütövlükdə islam aləmi üçün müqəddəs bir bayramdır. Bu həm də tariximizə Milli Ləyaqət, qürur və şərəf kimi də yazılacaqdır. Çünki, islam mədəniyyətində Vətəni sevmək imandandır deyirlər"
Bu sözləri millət vəkili Məlahət İbrahimqızı azxeber.com-a açıqlamasında deyib.
44 rəqəmi Qəhrəman və məğrur xalqlar üçün Zəfərə qovuşmağın etalonudur' - DeputatO bildirib ki, Vətən sevgisi ana sevgisindən uca dayanır: "Bizim mədəniyyətimizdə Vətən sevgisi çox vaxt Ana sevgisindən daha uca dayanır. Bugünədək islam alimləri Şəhidlik zirvəsinə ucalanların simasında hansı sevginin daha ucada olmasını təhlil edərkən Vətən sevgisinin elə Ana sevgisi olduğunu və əksinə Ana sevgisinin isə Vətən sevgisi olduğu anlamının düşüncəsi üzərində dayanırlar. Mən də bu fikrin üzərində dayanıram. Doğularkan ilk mənzili Ana qucağına sığınan insan, son mənzilə gedərkən Vətən torpağına sığınır. Elə bu səbədən də islam mədəniyyətində bu iki söz "Ana Vətən" və ya "Ana Torpaq" kimi  bir-birini tamamlayan ikincisi yoxdur".
 Millət vəkili 44 günlük zəfəri bu sözlərlə ifadə edib: 
"Şanlı tariximizə qızıl hərflərlə yazılmış 27 Sentyabr qəhrəmanlıq zirvəsinə gedən yol kimi yazılmışdır. Və ya 44 rəqəmi Qəhrəman və məğrur  xalqlar üçün Zəfərə qovuşmağın etalonudur. 
Bəli, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Tarixin bir çağının yeni bir çağ ilə əvəzolunmasıdır. Qeyrət, namus, şərəf və milli təssübkeşlik uğrunda başlamış bu savaş "Qisas Qiyamata qalmaz" uğrunda olan bir savaş idi".  
Millət vəkili Ali Baş Komandanın bütün dünyaya nümayiş etdirdiyi gücündən də danışıb: 
"Bu savaşda Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Güclü sərkərdəsi olan əsgər yenilməz deyərlər. Elə də oldu. Bütün dünyanın əlli ən böyük ordulardan biri olan Azərbaycan Ordusu, yenilməz Ali Baş Kamandanı ilə dünyanın gündəmi oldu. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə olmadı, O, həm də, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya savaşında Azərbaycanın hayqıran haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə və təhdidlərə sinə gərdi, mövqeyindən dönmədi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev əzmkarlığı və dəyişməz siyasi iradəsi ilə, ölkəyə rəhbərlik etdiyi 17 ildə həyata keçirdiyi siyasətlə Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Əslində isə bu münaqişə , azərbaycanlılara və türklərə qarşı planlaşdırılmış üç yüz illik projenin darmadağın edilməsi idi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.
44 günə mümkünsüzü mümkün edən Azərbaycan ordusundan danışan Məlahət İbrhimova sözünə belə davam edib:
"Qarabağ Azərbaycandır!" reallığı 44 gündə mümkünsüzü mümkün etdi.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq".
Düşmən ordusuna endirilən zərbələrdən danışan millət vəkili döyüş meydanında zəfəri tanklarla,toplarla deyil, insan zəkası və PUA-larla qazanmaq olar deyir:
"10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.
Şuşanın alınması dünya hərb tarixində xüsusi yer tutacaq:
"Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev heç vaxt unudulmayacaq xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq.
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da "ağ bayraq" qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq" qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür".
Günel Hüseynli

Siyasi       Tarix: 08 noyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler en son xeber son xeberler bugun 2026 azerbaycan sou xeberler