49 yaşlı çoxuşaqlı ana gözəlliyinin sirrini açıqladı - FOTO
49 yaşlı çoxuşaqlı ana gözəlliyinin sirrini açıqladı - FOTO
Dörd yetkin uşağı olan Makao sakini filippinli qadın gənc görünməsinin sirrini açıqlayıb.
Bu barədə "Daily Mail" xəbər yayıb.
Bella Hernandez gəncliyini qorumaq üçün dərisinə xüsusi qulluq etdiyini bildirib. O, həftədə iki dəfə üzünə təzə sıxılmış limon şirəsi çəkir, 10 dəqiqədən sonra isə yuyur. Qadının sözlərinə görə, bu, üz dərisinə parlaqlıq verir.
Bundan başqa, çox yorulsa belə hər gün yatmazdan əvvəl üzünü yuyur. Dərisini yumşaltmaq üçün özünün hazırladığı avokado maskasından istifadə edir, bəzən onu saçlarına da çəkir.
Bədəninə isə kokos yağı sürtür.
Bundan başqa, qadın hər gün çoxlu su qəbul edir. Səhər limon, bal, zəncəfil, sarıkök və bir çimdik istiotla hazırladığı çayı içir.
Səhər avokado, qaynadılmış yumurta, yaxud qayğanaq, nahara toyuğun sinə ətindən hazırlanan salat, şam yeməyinə nə isə yüngül nəsə yeyir.
Bəzən özünə südlü çay içməyə icazə verir, ancaq bu içkiyə şəkəri az qatır.
Hernandez immunitetini qorumaq üçün hər gün C vitamini qəbul edir və həftədə dörd dəfə idmanla məşğul olur.
Filippinli qadın etiraf edib ki, 13 il əvvəl böyrək xərçəngindən sağaldıqdan sonra səhhətinə fikir verməyə başlayıb.
"Bu, bütün həyatımı dəyişdi. İndi hər gün aldığım nəfəsə görə şükür edirəm. Zamanımı və enerjimi dəyərləndirirəm", - deyə o əlavə edib.
Makao sakini hətta ən məşğul insanları belə özlərinə qulluq barədə unutmamağa çağırıb.














Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb