"5 Betər"in "Qala Gecəsi"ndə yaşananlar - FOTOLAR

Məşhur aktyorların rol aldığı "5 Betər" filminin qala gecəsi keçirilib.
Azxeber.com xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan gecəyə sənət adamları qatılıblar. Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Məcid Hüseynov və Dilarə Əliyeva pandemiya ilə əlaqədar yaranan uzun fasilədən sonra bu film üçün bir araya gəliblər.
Gecənin aparıcılığı Vüsalə Əlizadəyə həvalə edilib. O bildirib ki, uzun fasilədən sonra filmlə bağlı ilk tədbir keçirilib:
"Böyük zəfərimizdən sonra ilk belə böyük maştablı qala gecə keçirilir. Allah qismət etsin serial, film sahəsində də böyük zəfərlərə imza ataq. İki ilə yaxındır ki, həsrət çəkdik: zallarda, teatrlarda, kinoteatrlarda bir araya gələ bilmədik. Bu film indiyənə kimi izlədiklərinizin ən beş betəri olacaq".
Filmdə rol alan Əməkdar artist Dilarə Əliyeva çıxışında "Ümid edirik, film xoşunuza gələr, üzünüz gülər. Bütün komandaya təşəkkür edirəm" sözlərini söyləyib.
Aktyor Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov da çıxışında filmi ərsəyə gətirənlərə təşəkkürünü bildirib və çəkiliş təəssüratlarını bölüşüb.  
İmkanlı şəxsin toyunda baş verənlərdən bəhs edən "5 Betər" filmi dekabrın 2-dən etibarən bütün kinoteatrlarda yayımlanacaq. "5 Betər" filminin baş prodüseri İslam Ağayev, ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissoru isə Vüsal Hacıqədirdir.

Şou Biznes       Tarix: 03 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Mardinli Merilin Monro' həbs edildi

Türkiyənin Mardin şəhərində "Mardinli Merilin Monro" ləqəbi ilə tanınan Melek Akarmut saxlanılıb. 50 yaşlı Melek Akarmutun sosial media hesabında 15 iyul 2016-cı il çevriliş cəhdi ilə bağlı cinayət tərkibli olduğ

Hadise və Gülşen onu məhkəməyə verir

"Qızımın bu hala düşməsinin səbəbi Hadise və Gülşendir" deyən müğənni Umut Akyürekə Gülşen və Hadise məhkəmə iddiası qaldırıblar. Hadise və Gülşeni hədəf alan açıqlamalarını davam etdirən Akyürek "Mən Hadisən

Murad Arif Naxçıvanda gənclərlə görüşdü

Müğənni Murad Arif Naxçıvanda, Saat Meydanında məzun və şəhər gəncləriylə bir araya gəlib. xəbər verir ki, sənətçi 5 mindən çox məzun qarşısında ən hit mahnılarını ifa edib. Bir saat davam edən konsert proqramı boyunca tələbələ

Dəniz Göktaş saxlanıldı

"Ölü Dəniz" adlı stand-up şousu ilə gündəmə gələn komediya ustası Dəniz Göktaş saxlanılıb. xəbər verir ki, Türkiyəli komediya ustası Dəniz Göktaş xarici ölkəyə səfərdən İstanbula qayıdarkən hava limanında paspor

Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram

Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Axşam.az-a istinafdən xəbər verir ki, aktrisa "İki başlı" proqramında heç vaxt avtomobil idarə etmədiyini deyib. O, sürücü ilə hərəkə

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Yeliz Kaya ifadəsində diqqət çəkən iddialar səsləndirib. xəbər verir ki, yerli KİV-in məlumatına görə, Haluk Leventin köməkçis

Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert

Xalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında keçirilən solo konsert proqramı öncəsi media nümayəndələrinin suallarını cavablandırıb, yaradıcılığı və konsertlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, sənətkarın sözlərin

Elşən Ozan Akbaba ilə bir arada - Fotolar

Aktyor Elşən Orucov türkiyəli həmkarı Ozan Akbaba ilə bir araya gəlib. xəbər verir ki, sənətçilər "Çırak 2" serialının çəkiliş meydançasında görüşüblər. Ekran işində rol alan Elşən layihənin birinci hissəsində d

Cinsiyyətini dəyişən aktrisa boksla məşqul olur - FOTO

Cinsiyyət dəyişdirən və son illərdə həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez gündəmə gələn aktyor Elliot Peyc yeni hobbisini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, məşhur ulduz boks məşqlərinə başladığın


yeni xeberler azerbaycan xeberleri son xeberler zelzele en son xeberler bu gun cəbhədən canlı sonxəbər