5-ci KOLONUN kolonializmi: Nərimanov hələ də Rəsulzadəyə üstdən aşağı baxır - ŞƏRH

5-ci KOLONUN kolonializmi: Nərimanov hələ də Rəsulzadəyə üstdən aşağı baxır - ŞƏRHTarixi şəxsiyyətlərin müqayisəli mübahisəsi aparılanda görürsən ki, qüsursuz keçmişimiz yoxdur. Məsələn, sosialist auralı insanlar 23 aylıq M.Ə.Rəsulzadə Azərbaycanının səhvlərini açıb-ağardır və cümhuriyyətçiləri buraxdıqları səhvlərdə qınayırlar:
"İrəvanı niyə ermənilərə paytaxt kimi icarəyə verdilər?".
– Ona görə ki, avropalı və rus himayədarlarının yardımı ilə ermənilər Qarabağa soxulmuşdular, Xəzər sahili boyunca qətliamlar törədirdilər. Yeni qurulan dövlətimiz isə Bakı ilə əlaqəni bərpa etməli idi. Ortada yaranan erməni əngəli, daşnak iddialarını 9 min kvadrat kilometrlə aradan qaldırmaq mümkün idi. Təklənmiş ADR isə istiqlal naminə bu addımı atdı. Batum sazişində Osmanlı və Rusiyanın təzyiq-təsiri olub. Beynəlxalq müqavilələrin ömrü 99 il olduğu üçün 6 il öncə Bakı 1 əsr əvvəl icarəyə verdiyi torpaqları geri istəyə bilərdi. Sadəcə, istər SSRİ, istərsə də müstəqilliyin bərpasından sonra ərazi bütövlüyü barədə imzaladığımız beynəlxalq sənədlər Fətəli xan Xoyskinin xarici ölkələrə yolladığı radioqramdan fərqlidir. Sözümün canı odur ki, 1920-dən sonrakı sənədləri Rəsulzadəgil imzalamayıb.
İstiqlalçı kimi tanınan adamlar isə sovet ittifaqının (birliyin adını nə üçün kiçik hərflərlə yazdığıma toxunacam) qurulmasında payı olan Nərimanov fəaliyyətini mühakimə edirlər:
"Nərimanov niyə Rəsulzadəni Leninə dəyişdi?".
Tarixə qayıdaraq nəzərinizə çatdırım ki, 1918-20 Azərbaycanında hakimiyyət 3 qoldan ibarət idi. Belə ki, parlament, hökumət və məhkəmə hakimiyyəti var idi, dövlət isə millət vəkillərinin qəbul etdiyi qərarlarla idarə olunurdu. Hökumət parlamentin qarşısında cavabdeh olub. Partiya müxtəlifliyi vardı:
1. Müsavat: 39 yer;
2. İttihad: 13;
3. Sosialistlər 12;
4. Əhrar: 6;
5. Bitərəflər: 3;
6. Fraksiyasızlar: 3;
7. Slavyan-rus cəmiyyəti: 9;
8. Daşnaksütyun: 7;
9. Erməni: 5;
10. Milli azlıqlar: 5;
11. Sol müstəqillər: 1 yer.
Bəli, bəli, Azərbaycan Xalq Cümhuriyyəti çox tələsmişdi. Çünki dünyada heç indinin özündə belə ideal parlament mövcud deyil. Dövləti idarə edən məclisdə sosialistə 12, ruslara 9, daşnaklara 7, digər ermənilərə 5, solçulara 1 yer verəndə, bu, 34 deputat edir ki, say etibarı ilə yalnız 39 yer tutan o zamankı hakim Müsavatdan geri qalmaqdır. Yerdə qalan digər 25 deputatı da Müsavatın əleyhinə yönəltmək qəliz deyildi.
Nərimanov 1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olub, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirib. 1909-cu ildə həbs olunaraq Həştərxana sürgün edilib. 1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olub. Artıq 1917-ci ildə N. Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və "Hümmət" qəzetinin baş redaktoru idi. 1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır. N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir. N.Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib.
Bunu yazmaqda məqsədim odur ki, adam gənclik illərindən ömrünün sonunacan fəaliyyət göstərdiyi ideologiyada yetişdirilib. O, fəhlə sinfi arzusu ilə yaşayıb və Nərimanov üçün bu amal Azərbaycanın müstəqilliyindən daha dəyərli olub. Bəlkə də sağ olsaydı deyərdi ki, "bax indi müstəqilsiniz, amma ittifaq fəhlələri sizdən yaxşı dolanırdı".
Son ehtimalla SSRİ, əsarət propoqandası aparmıram. Əksinə, mən azadlıq tərəfdarıyam. Onsuz da Rusiya müttəfiqlik adı ilə Azərbaycana təsirini az da olsa, qoruyub. Bir şey ki, yuxarıda toxunacağımı qeyd etdiyim "sovet ittifaqı"nı kiçik hərflərlə yazmağa icazə yoxdur. Sanki bu ittifaq bizim üçün müqəddəs əhəmiyyətə malik olub, nədir! Bizə sürgünlər, repressiyalar yaşadan, torpaqlarımızı ermənilərə bağışlayan da SSRİ olub.
Bəlkə də Rəsulzadə hökuməti İrəvanın ermənilərə paytaxt kimi verilməsinə razı olmasaydı, heykəli Novxanıda yox, şəhərin mərkəzi, yaxud bulvarda ucalardı. Bəlkə də Göyçə ilə Zəngəzurun ermənilərə verilməsi Nərimanovun vaxtında olub deyə Bakıdakı ən hündür abidə ona aiddir. Adına rayon, metrostansiyası var, müxtəlif bölgələrdə büstləri qoyulub. Şirvan şəhərində isə Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, "İstiqlaliyyət küçəsi" adlandırılıb. Olsun, onsuz da istiqlaliyyət və Rəsulzadə eyni mənanı kəsb edir.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 06 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar cəbhədən yeni xəbərlər son xeber.az xeberler bu qun