50 ölkə Çində hüquqları pozulan uyğurlara DƏSTƏK VERDİ

50 ölkə Çində hüquqları pozulan uyğurlara DƏSTƏK VERDİ50 ölkə Çində uyğurların vəziyyəti ilə bağlı bəyanat qəbul edib.
KONKRET.az xəbər verir ki, sənədi ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Kanada, Çexiya, Xorvatiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Albaniya, Andorra, Beliz, Esvatini, Qvatemala, Liberiya, Lixtenşteyn, Marşal adaları, Monako, Monteneqro, Nauru, Şimali Makedoniya, Palau, San Marino, Somali imzalayıb.
Sənəd BMT-nin insan haqları üzrə ali komissarının bu ilin avqust ayında dərc etdiyi hesabata əsaslanır. Həmin hesabatda Çin dövlətinin uyğurlara və digər müsəlman azlıqlara münasibətdə ciddi hüquq pozuntularına yol verdiyi bildirilib. Qeyd olunub ki, uyğurlara qarşı törədilən vəhşiliklər beynəlxalq cinayətlərlə, o cümlədən insanlığa qarşı cinayətlə eyniləşdirilə bilər. Hesabatda Çin hökumətindən Sincan Uyğur Muxtar Rayonunda qanunsuz həbsdə saxlanan insanların hamısını azad etmək üçün təcili tədbirlər görmək, işgəncə, cinsi istismar, zorakılıq, amansız rəftar, habelə məcburi əməyə cəlb etmə, dustaqlar arasında ölüm halları barədə Sincan bölgəsindən daxil olan məlumatları araşdırmaq xahiş edilib.
50 ölkənin qəbul etdiyi bəyanatda Çin BMT-nin insan haqları üzrə ali komissarının hesabatında yer alan bütün tövsiyələrə əməl etməyə çağırılır.
Bəyanatı BMT Baş Assambleyasının İnsan Hüquqları Komitəsinin bu həftə keçirilən iclasında Kanadanın BMT-dəki təmsilçisi Bob Ray oxuyub.
Bob Ray Çində insan haqları ilə bağlı durumun ciddi narahatlıq doğurduğunu vurğulayıb, eyni zamanda təəssüflə bildirib ki, rəsmi Pekin BMT-nin insan haqları üzrə ali komissarının hesabatından nəticə çıxarmaq istəmir.
Bob Ray bəyanatı səsləndirəndən sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Tvitter" şəbəkəsində yazıb ki, 6 qitəni əhatə edən 50 ölkənin birgə bəyanatı Çində uyğurlara və digər müsəlman azlıqlara münasibətdən narahat olan ölkələrin sayının artdığını, məsələnin beynəlxalq səviyyədə getdikcə daha geniş miqyas aldığını göstərir.
Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Müxtəlif beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
ABŞ hökuməti, Kanada, Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.//Novator.az

Siyasi       Tarix: 04 noyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber