51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək
Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.
azxeber.com xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb.
O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək.
Naina İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil alıb. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. 2010-cu ildə "Əməkdar artisti" fəxri adına alıb. "Bəyaz həyat", "Moskva-Bakı" qatarı", "Bir dəfə Qafqazda" kimi ekran işlərində rol alıb. 2013-cü ilin oktyabrında Fərid adlı fotomodellə ailə qurub. Onların 2015-ci ilin fevralın 23-də oğul övladı olub.
Turlar.az [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır