65 dollardan hesablanıb, indi 142 dollardır - Qiymətə yenidən baxılacaq?

65 dollardan hesablanıb, indi 142 dollardır - Qiymətə yenidən baxılacaq?"2026-cı ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 65 dollar götürülüb. Yanvar-fevral aylarında orta qiymət təxminən 65 dollar ətrafında dəyişib. Yəni büdcədəki qiymətlə dünya bazarındakı qiymət oxşar olub. Bu baxımdan, neftin dünya bazarındakı qiymət artımı nəticə etibarı ilə, Azərbaycanın həm dövlət gəlirlərinə, həm də valyuta ehtiyatlarına birbaşa təsir göstərir".
KONKRET.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, Hörmüz boğazındakı faktiki vəziyyətlə bağlı dünya bazarında neft qiymətinin intensiv artımı büdcə daxilolmalarına ciddi təsir göstərir:
"Neftin mart ayı üzrə dünya bazarındakı qiyməti büdcədə nəzərdə tutulan orta qiymətdən daha yüksək olub. Azərbaycan dövlət büdcəsinin 2026-cı il üzrə gəlirlərinin 43 faizi neft sektorunun payına düşəcək. Neftin dünya bazarındakı qiyməti illik orta qiymətdən yüksək olacağı halda, neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq".
Deputat söyləyib ki, dövlət büdcəsinə dəyişikliyin edilməsi birbaşa hökumətin qiymətləndirmələrindən asılı olan məsələdir:
"Eyni zamanda, 1 aylıq yekuna deyil, daha uzunmüddətli yekuna əsasən qərarın verilməsi mümkün ola bilər. Amma sözsüz ki, hökumət tərəfindən belə bir layihə təqdim olunarsa, biz də büdcəyə dəyişiklik zamanı yeni xərclərlə bağlı öz təkliflərimizi təqdim etmək niyyətindəyik. Bu, hökumətdəki qiymətləndirmələrdən asılı olan məsələdir".
Qeyd edək ki, builki dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Hazırda isə dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmağa davam edir. Aprelin 2-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 10,89 ABŞ dolları və ya 8,3% artaraq 141,68 ABŞ dolları olub. "Azeri Light" (CIF) markalı neftinin əvvəlki qiyməti 130,79 ABŞ dolları təşkil edib.

Sosial       Tarix: 03 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler