7 illik müstəqil fəaliyyətin nəticəsi: BNA insanları cərimələməklə, incitməklə yadda qaldı

7 illik müstəqil fəaliyyətin nəticəsi: BNA insanları cərimələməklə, incitməklə yadda qaldı2015-ci ildə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsi üçün prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi yaradılmışdı. 
Yarandığı gündən agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etmək idi.
Prezident BNA-nı yaradarkən onun qarşısında duran vəzifələri səsləndirmiş və ən əsası da Bakıda parkinq məsələsinin təəcili həll edilməli olduğunu bildirmişdi. Ölkə başçsının 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar da müəyyən etmək tapşırılmışdı. Prezidentin etimadı ilə yanaşı cəmiyyət tərəfindən də BNA-ya inam formalaşmış, hətta bu işin qurulmasına dəstək də ifadə edilmişdi. Ancaq ümidlər özünü doğrultmadı.  Nəticədə cərimələrin sayının və qiymətlərinin çoxaldığı müşahidə olundu ki, bu da zaman-zaman cəmiyyətin müxtəlif təbəqələrində təmsil olunan şəxslər tərəfindən açıq bir dillə təndiq olundu. 
Son olaraq ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə verildi, onun işinin təşkili BŞİH həvalə edildi. 
Bəs, son 7 ildə BNA qarşıya qoyulan vəzifələrin öhdəsindən niyə gələ bilmədi? Buna səbəb nə idi?
7 illik müstəqil fəaliyyətin nəticəsi: BNA insanları cərimələməklə, incitməklə yadda qaldıBNA-nın fəaliyyətində çox ciddi qüsurların olduğunu Milli Məclisdəki çıxışlarında ifadə edən Rüfət Quliyev azxeber.com-a açıqlamasında deyib ki, BNA uğursuz qurum kimi tarixə düşüb: 
"Bu qurumun tarixinin analizi onu göstərir ki, həqiqətən də qurum tapşırılmış vəzifələri icra edə bilmədi. Deyə bilmərəm, neçə faizlik icra olundu, neçə faizlik olunmadı. Amma əsla bir konsepsiya kimi dövlətə və cəmiyyətə təqdim olunmadı. Möhtərəm Cənab Prezidentin bu addımı onu göstərir ki, hər bir məmur çalışıb işini vaxtında, tez, keyfiyyətli və yüksək standartlarla görməlidir. Bu, birmənalıdır. Burada başlıca problem BNA-nın vətəndaşlarla işi əvvəldən düzgün qura bilməməsi idi. Cərimədən öncə insanlarla maarifləndirici layihələr həyata keçirmək lazım idi".
Deputat parklanma yerləri olmadığı halda ancaq cərimələrin tədbiq edilməsinin cəmiyyətdə ciddi narazılığa səbəb olduğunu deyib. O, BNA-nın son yeddi ildə bir dənə də olsun köklü yeniliyə imza atmadığını əlavə edib:
"Mən bunu həmişə demişəm ki, cərimələrlə problem həll olunmur. İlk növbədə dövlət qurumu tərəfindən yeni təfəkkürlü bir baxış, ideya, mexanizm yaradılmalıdır. O mexanizm sonda həyata keçirilənə qədər yenə də cəmiyyətin, yəni Bakı sakinlərinin və qonaqların işinə də maneə olmamalıdır. Hamımız bilirik ki, Bakıda böyük tıxac problemi yaşanır. Bunun bir neçə səbəbi var. Dövlət hərtərəfli çalışır ki, yolları geniş etsin, yeni üsullar həyata keçirilsin. Amma biz gözləyirdik ki, Bakı şəhəri intelektual idarəetmə üsulu ilə inkişaf edəcək. Bu, həm sərnişinlərə, həm sürücülərə, həm də piyadalar aiddir. Əfasuslar olsun ki, bu 6 il yarımda bir yenilik yarana bilmədi. Tıxac problemi olduğu kimi qaldı. Cərimələrin artırılması da, gözlənildiyi kimi problemləri həll etmədi".
BNA-nın BŞİH-nin tərkibinə verilməsinə münasibət bildirərkən deputat Fazil Mustafa azxeber.com-a qeyd edib ki, sağlam tənqidin faydası oldu:
7 illik müstəqil fəaliyyətin nəticəsi: BNA insanları cərimələməklə, incitməklə yadda qaldı"Bakı Nəqliyyat Agentliyi Prezidentin fərmanı ilə Bakı şəhər İcra hakimiyyətinın tabeliyinə verildi. Neçə ildir, bu qurumun mənasız fəaliyyətini gündəmə gətirirdim. Son çıxışım da bir həftə öncə olmuşdu. Demək ki, sağlam tənqidin faydası olur".
azxeber.com-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlamasında məsələyə münasibət bildirib. O, BNA-nın əvvəldən düzgün istiqamət götürmədiyini deyib:
7 illik müstəqil fəaliyyətin nəticəsi: BNA insanları cərimələməklə, incitməklə yadda qaldı"BNA-nın üzərinə götürdüyü öhdəlikləri həll edə bilməməsinin müxtəlif səbəbləri var. Yanaşmaların düzgün olmaması, hədəflərin düzgün istiqamətdə olmaması, müxətlif dövlət qurumları ilə koordinasiyalı əlaqələrin olmaması kimi səbəbləri göstərmək olar. Son üç ildə dayanma-durma ilə ağlı cərimələrin təşkilinə xüsusi diqqət göstərildi. Təbii ki, o da çıxış yolu deyildi. Bu cür ümumi yanlışlıqlar bu problemlərə səbəb oldu. O ki qaldı, BNA-nın BŞİH-nin tabeliyinə verilməsinə, bundan sonra nələrin dəyişəcəyini dəqiq demək bir az çətindir. Çünki BŞİH də indiyədək nəqliyyat infrastrukturu ilə bağlı hansısa parlaq layihənin müəllifi olmayıb. Hər şey bərbad olacaq və ya hər şey çox yaxşı olacaq demək düzgün deyil. Bu səbəbdən gözləmək lazımdır".
Aydın Nuri

Sosial       Tarix: 09 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarınd

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

Ginekoloji xəstəliklər niyə yayda kəskinləşir?

Ginekoloji xəstəliklər yay mövsümündə daha tez-tez kəskinləşir. Bu, açıq su hövzələrində çimmək, çimdikdən sonra soyuma və uzunmüddətli səfərlər nəticəsində baş verir. . Bu barədə "İzvestiya" qəzetinə ginekolo


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler azerbaycan cəbhədən video sou xeberler son xeberler azerbaycan