7 nömrəli məktəbdə qrant layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə V qrant müsabiqəsi  çərçivəsində qalib olmuş " Təhsildə 3D texnologiyaların tətbiqi " adlı layihəyə yekun vuruldu.
Dekabrın 15-də 7 nömrəli məktəbdə layihənin yekun hesabatı və layihə iştirakçılarının sertifikatlarının təqdimetmə mərasimi keçirildi.
Layihə 3D texnologiyaları vasitəsi ilə şagirdlərin təcrübi biliklər qazanmasını və onlarda problem həll etmə bacarıqlarını inkişaf etdirməsini hədəfləmişdi.
Ümumilikdə layihəyə Bakı şəhəri üzrə 4 məktəbdən (7, 189-190, 60,212 nömrəli məktəblərdə)  iştirakçılar qatılmışdır.
7 nömrəli məktəbin direktoru, layihə rəhbəri Könül Təhməzova tədbiri giriş sözü ilə açaraq layihə çərçivəsindən görülən işlər barədə ətraflı məlumat verdi. Müsabiqələrə dəstək olduqları üçün Təhsil Nazirliyinə, layihənin ərsəyə gəlməsində əməkdaşlıq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə,  7,189-190, 60, 212 nömrəli məktəblərin rəhbərlərinə, müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi.
Tədbirdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, TDM-in direktor müavini Zaur Balaqadaşov, BŞTİ- nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AGMA-nın sədri Rüfət Əsədzadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Təhsil Nazirliyinin nümayəndəsi Günel Kərimli, layihə ekspertləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmiş, layihə ilə bağlı fikirlərini söyləmişlər, həmçinin tədbirdə məktəbin şagirdlərdən ibarət xor kollektivi və rəqs qrupu çıxış etdilər.
Çıxışlardan sonra Könül Təhməzova layihədə iştirak edən müəllimlərə və layihə ekspertlərinə sertifikatlar təqdim edib, "STEAM Azərbaycan Festivalı 2021"-in qalibi olan şagirdlərləri və layihə rəhbəri, 7 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Hüseynovanı təşəkkürnamə ilə mükafatlandırdı.
Xatırlatma üçün bildirək ki, layihə STEAM Azərbaycan festivalında "3D CAD" kateqoriyası üzrə Respublika üzrə lII yerə layiq görülmüşdür.
Tədbirin aparıcısı,  "Əlaçı" televiziya layihəsinin qalibi,  11-ci sinif şagridi Nəcibə Allahverdiyeva "Uğurlarımız Prezidentinimizin doğum günü hədiyyəsi olsun" sözləri ilə bitirdi.
Tədbirdən sonra təhsildə tətbiq olunacaq 3D texnologiyaları qonaqlara əyani şəkildə nümayiş etdirildi, dinləyiciləri maraqlandıran suallar ətraflı cavablandırıldı.
7 nömrəli məktəbdə qrant layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR7 nömrəli məktəbdə qrant layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR7 nömrəli məktəbdə qrant layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR7 nömrəli məktəbdə qrant layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR7 nömrəli məktəbdə qrant layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR7 nömrəli məktəbdə qrant layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR7 nömrəli məktəbdə qrant layihəsinin yekun tədbiri keçirildi - FOTOLAR

Sosial       Tarix: 17 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən video xəbər.az bugünki xəbərlər