70 yaşında okeanı kürəklə keçdi, bir milyon sterlinq topladı - VİDEO
70 yaşında okeanı kürəklə keçdi, bir milyon sterlinq topladı - VİDEO
70 yaşlı britaniyalı Frank Rotvell qayıqla təxminən beş min kilometrə qədər üzərək Atlantik okeanı keçməyi bacarıb. Bununla da o, belə bir nailiyyətə müvəffəq olan ən yaşlı insan oldu.
"Haber Global"ın məlumatına görə kişi müstəqil şəkildə 56 gün, 2 saat 41 dəqiqə ərzində qayıqla 4.8 min kilometrdən çox məsafəni qət edib.
Bu səfərə hazırlaşmaq və məşq etmək 18 ay çəkib. Ancaq Rotvell nəticənin bütün əziyyətlərə dəydiyini deyib:
"Finiş xəttinə yaxınlaşarkən özümü olduqca emossional hiss edirdim. Bu uğurlu və inanılmaz səyahətimdən qürur duyuram", - deyə o vurğulayıb.
Qeyd edək ki, britaniyalı Altsheymer xəstəliyinin öyrənilməsinə vəsait toplamaq üçün belə bir addım atıb. O, bu nailiyyətini sözügedən xəsəlikdən əziyyət çəkən qaynına həsr edib.
Beləliklə Rotvell tədqiqat üçün 648 min funt sterlinq (1 512 550 manat) toplaya bilib. Bundan əlavə, "Iceland Foods" xeyriyyə təşkilatı onun topladığı ilk 500.000 funt sterlinqi (1 167 090 manat) ikiqat artırmağı vəd edib.
"Alzheimer Research UK" təşkilatının icraçı direktoru Hilari Evans Frankın demensiyanın tədqiqatı üçün bir milyon funt toplamaq qərarından inanılmaz dərəcədə təsirləndiklərini söyləyib. Onun sözlərinə görə, britaniyalı kişi 70 yaşında belə böyük bir vəzifəni yerinə yetirməklə hər yaşdan insanları öz problemlərini həll etməyə ruhlandırıb.




Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb