9 ildən sonrakı TELEFON ZƏNGİ və Türkiyə ilə İsrailin Yaxın Şərqə NƏZARƏT ERASI - ŞƏRH

9 ildən sonrakı TELEFON ZƏNGİ və Türkiyə ilə İsrailin Yaxın Şərqə NƏZARƏT ERASI - ŞƏRHƏgər İsrail hakimiyyətinə qayıdan Benyamin Netanyahu Türkiyə ilə normallaşan münasibətləri möhkəmləndirsə, iki ölkə Yaxın Şərqdəki stabilliyə nəzarət edə biləcək.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı israilli və türk ekspertlərin şərhlərini analiz edəndə belə qənaətə gəlmək olur.
İsraildə yeni hökuməti qurmaq tapşırığı alan "Likud" partiyasının lideri Benyamin Netanyahu noyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda baş verən terror aktına görə başsağlığı verib. Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub. Türkiyə lideri İsraildəki seçki nəticələrinin ölkə və region üçün xeyirli olmasını arzulayıb.
Başsağlığı və təbrikin pərdəarxası
Politoloq Yuri Boçarov bildirib ki, liderlər arasında daha əvvəlki telefon danışığı 9 il öncəyə söykənir.
"Netanyahunun Ərdoğana başsağlığı verməsi, Türkiyə liderinin Benyamini seçilməsi ilə təbrik etməsi hər iki tərəfin əməkdaşlıqda maraqlı olduğunun işarəsidir. İki ölkə arasında müdafiə nazirlikləri, kəşfiyyat səviyyəsində də təmasların yaranması regiondakı təhlükəsizliyə hesablanıb".
Ankara Universitetinin professoru Toğrul İsmayıl Türkiyə-İsrail münasibətlərinin yaxşılığa doğru dəyişdiyini deyib:
"Bu yaxınlaşmaya bölgədəki mövcud geosiyasi durum da səbəbdir. Əlaqələrin nə dərəcədə möhkəm olacağı isə İsrailin Yaxın Şərq siyasətindən asılı olacaq".
Sonda qeyd edək ki, sözügedən yaxınlaşmadakı körpü Azərbaycandır. Rəsmi Bakının son iki qərarı isə Türkiyə-İsrail əməkdaşlığını daha da möhkəmləndirəcək:
1. Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qanun layihəsi Milli Məclisdə qəbul edilib;
2. Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin təsis edilməsi haqqında qanun layihəsi Milli Məclisdə qəbul edilib;
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 18 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber novruz bayramı cəbhədən son vəziyyət valyuta mezennesi