A vitamini çatışmasa bədənimizdə nələr baş verər?

A vitamini çatışmasa bədənimizdə nələr baş verər?Vitaminlərin sağlamlığımıza təsirləri olduqca çoxdur. A vitamini də bunlardan biridir. İti görmənin, sağlam qığırdaq və sümükllərin, hamar dərinin memarı məhz A vitaminidir.
Milli.Az sherg.az-a istinadən bildirir ki, bir çox qidada olan bu vitaminin çatışmazlığı xüsusilə böyümə çağı və hamiləlik dövründə ciddi problemlərə yol aça bilər. Bəs, kafi səviyyədə A vitamini almasaq bədənimizdə nələr baş verər? A vitamini çatışmazlığının əlamətləri nələrdir? A vitamini ehtiva edən qidalar hansılardır?
A vitamini çatışmazlığını göstərən ən əhəmiyyətli əlamətlərdən biri qeyri-kafi gözyaşı ifrazı, yəni quru göz sindromudur. Əgər bu narahatlıq uzun müddət davam etsə, görmə qabiliyyətinin itməsinə yol aça bilər.
Qadınlar hamilə qalmaqla əlaqədar problem yaşayırlarsa, demək A vitamini anbarlarına mütləq nəzarət edilməlidir. A vitaminindən zəngin qidalanmaq həm kişilərin, həm də qadınların reproduktiv sağlamlığına müsbət təsir edir.
A vitamini dəri toxumasını "təmir" etmə gücünə malikdir. Əgər bu vitamin çatışmazlığı varsa, dəridə sızanaqlar əmələ gəlir və həddindən artıq yağlanmaya səbəb olur.
Əgər dərinizdəki yaraların geç sağaldığını fərq edirsinizsə kök, portağal, süd və qırmızı ət kimi A vitamini ehtiva edən yeməkləri nə qədər istehlak etdiyinizi bir daha nəzərdən keçirin.
Qeyri-kafi A vitamini qəbulu el arasında "toyuq korluğu" kimi tanınan pozulmaya yol aça bilər. Bu vəziyyətdə göz sisteminin iti görmək qabiliyyəti zəifləyər və qaranlıqda görmək çətin hala gələ bilər.
A vitamini, bədənin dəri toxumasının ehtiyac duyduğu nəmi təmin etmədə əhəmiyyətli bir rola malikdir. A vitamini çatışmayanda dəri o qədər quruyar ki, sanki yaralanmış kimi qırmızı bir rəng alar. Eqzama kimi xəstəlik, həddindən artıq qaşınmaq ortaya çıxar.
Bu, xüsusilə körpələrdə və uşaqlarda daha çox diqqət yetirilməsi lazım olan işarələrdəndir. Uşaqlıq dövründə A vitamini ilə zəngin qidalanma uşağın görmə sağlamlığından immunitet sisteminin güclənməsinə qədər böyük faydalar verər. Unutmayın, A vitamini çatışmazlığı olan uşaq yaşıdlarından daha gec böyüyər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 26 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan cəbhədən son xəbərlər 2026 kriminal bugun son xeber 2026