Abbas Abbasov Azərbaycana gətirilsə, ona bu qədər həbs cəzası veriləcək - YENİ DETALLAR

Abbas Abbasov Azərbaycana gətirilsə, ona bu qədər həbs cəzası veriləcək - YENİ DETALLARRamiz Mehdiyev işi üzrə axtarışa verilən Abbas Abbasovun Azərbaycana gətirilib-gətirilməyəcəyi və onu hansı cəzanın gözlədiyi maraq doğurur. Məlumata görə, Abbas Abbasov Rusiya vətəndaşıdır.
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı KONKRET.az-a açıqlama verib.
Vəkilin sözlərinə görə, Ramiz Mehdiyev işi üzrə cəlb olunan şəxslərdən biri də Əli Kərimlidir və onun barəsində artıq həbs qətimkan tədbiri seçilib. Abbas Abbasov da bu iş üzrə axtarışa verilib:
"Əgər Abbas Abbasov bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunsa və istintaq aparılsa, ona da Ramiz Mehdiyevə verilən maddələr üzrə cəza təyin edilə bilər. Həmin maddələr üzrə nəzərdə tutulan cəza 20 ildən artıq müddəti əhatə edir".
Abbas Abbasov Azərbaycana gətirilsə, ona bu qədər həbs cəzası veriləcək - YENİ DETALLARMehman Muradlı bildirib ki, Abbas Abbasovun ömürlük azadlıqdan məhrum edilməsi ehtimalı yoxdur:
"Çünki qanunvericiliyə əsasən, 65 yaşdan yuxarı şəxslərə ömürlük həbs cəzası verilmir".
Vəkil qeyd edib ki, Abbas Abbasov bu işdə üçüncü şəxs qismindədir. Ondan əvvəl Cəmil Həsənlinin də ifadəsinin alındığını və sərbəst buraxıldığını xatırladan Mehman Muradlı əlavə edib:
"Abbas Abbasovla bağlı vəziyyətin necə olacağını istintaqın gedişi göstərəcək".
Qeyd edək ki, Abbas Abbasovun Rusiya vətəndaşı olması onun Azərbaycana ekstradisiyası məsələsini də hüquqi baxımdan mürəkkəbləşdirə bilər. Bu isə istintaq orqanlarının atacağı addımlardan asılı olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 16 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber hava sonxəbərlər ən son xəbər