Abort, "dedovşina", seksual zorakılıq: Puça çıxan ümumerməni yalanları

Abort, Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas iş prinsipinin yalan və manipulyasiya üzərində qurulduğu artıq heç kəsə sirr deyil. Diplomatik və hərbi uğursuzluğa düçar olan kimi dərhal erməni təbliğat maşını işə düşür və dünyaya yalanlar tirajlamağa başlayır. Amma 2020-ci ildəki müharibədə Ermənistanın biabırçı məğlubiyyətindən sonra rəhbərliyin tirajladığı yalanların əksəriyyəti sabun köpüyü kimi partlamağa başlayıb. İstər suriyalı muzdlular, istərsə də Türkiyə ordusunun Qarabağdakı hərbi əməliyyatlara cəlb olunması ilə bağlı tirajlanan feyk xəbərlər heç bir rezonansa səbəb olmadı. Bu yalanlar, sadəcə, Ermənistanı dəstəkləyən Fransa, İran, Yunanıstan kimi ölkələrin mətbuat orqanlarını bəzəməkdən başqa heç bir işə yaramadı.
BMT Təhlükəsizlik Şurasında tərs şillə alan Ermənistan rəhbərliyi bu dəfə də dövriyyəyə yeni yalanlar buraxmağa başladı. Amma hər zaman olduğu kimi, bu yalanlar hələ tirajlanmadan "partlayaraq" qəlpələrini Ermənistanın siyasi rəhbərliyinin üzərinə səpir. İstənilən erməni yalanı və feyk məlumat Azərbaycan diplomatiyasının sərrast və dəqiq cavabları ilə puça çıxır. Erməni təbliğat maşını BMT uğursuzluğundan sonra yeni manipulyasiyalara, yalanlara əl atmağa başladı. Bununla belə, hər bir yalan növbəti uğursuzluğa düçar olmaqla yanaşı, erməni cəmiyyətinin silkələnməsinə, Paşinyan kabineti ilə xalq arasında yaranan uçurumu daha da dərinləşdirməyə başladı.
Arazdəyən istiqamətində Ermənistanın metallurgiya zavodu inşa etmək cəhdi Azərbaycanın sərt mövqeyi ilə dalana dirənmişdi. Bu zavodu inşa etmək üçün bayraq şousundan tutmuş, müxtəlif manipulyasiyalara əl atan erməni rəhbərliyi istənilən halda bu zavodu istifadəyə verəcəyini dəfələrlə bəyan etmişdi. Amma sən saydığını say, gör fələk nə sayır! Beynəlxalq tribunalarda, səfirlər və XİN başçıları ilə görüşdə qaldırılan hay-küy heç bir nəticə vermədi. Artıq Ermənistan rəhbərliyi tüpürdüyünü yalamağa məcbur olaraq zavodun başqa əraziyə köçürülməsi ilə bağlı qərar qəbul edildiyini etiraf etməyə məcbur qalıb.
BMT Təhlükəsizlik Şurasının iclasında uğursuzluğa düçar olan erməni diplomatiyası yeni ümid yeri kimi üzünü Ermənistanın Müdafiə Nazirliyinə tutdu. İclasdan dərhal sonra Ermənistan MN az qala gün ərzində iki-üç dəfə Azərbaycan Silahlı Qüvvələrinin, xüsusən də, Kəlbəcər rayonu istiqamətində, Zod qızıl mədəni istiqamətində atəşkəsi pozması barədə yalan tirajlamağa başladı.
Ermənistan ordusunda son dövrlər baş verən hərc-mərclik, zorbalıq, əsgər intiharları, seksual zorakılıq halları artıq biabırçı həddə çatıb. Artıq elə bir həftə yoxdur ki, Ermənistan KİV-də bu səpkidə xəbərlər yayılmasın. Zorlanan, döyülən və öldürülən əsgərlərlə bağlı cəmiyyətdə baş verə biləcək xaosun qarşısını almaq üçün Müdafiə Nazirliyinin atəşkəsin pozulması barədə nağılı bu tip xəbərləri ört-basdır etməkdən başqa bir məqsədə xidmət etmir. Eyni zamanda, erməni siyasi elitası da bu xəbərlərin tirajlanması ilə Azərbaycanı dünyaya təcavüzkar kimi göstərməkdə canfəşanlıq edir. Guya atəşkəsin pozulması sərhədyanı kəndlərdə əhalini narahat edir, insanların həyatına mənfi təsir göstərir. Bu isə dünya ictimaiyyətinin diqqətini məsələyə cəlb etmək, Azərbaycan Ordusunun zorba obrazını yaratmaq cəhdindən başqa bir şey deyil. Amma sərhədyanı kənd icmalarının rəhbərləri bilərəkdən və ya bilməyərəkdən bu yalanları ifşa edərək Azərbaycan əsgərlərinin mülki əhaliyə atəş açmadığını, kənddə həyatın öz axarı ilə davam etdiyini, ara-sıra güllə səsi eşitdiklərini bildiriblər. Sonradan isə baş nazirlik aparatının təzyiqi ilə bəzi kənd icmaları açıqlamalarını "bəzəmək" məcburiyyətində də qalıblar.
Azərbaycan Ordusunun hətta 44 günlük müharibə dövründə mülki şəxslərə atəş açmadığı artıq bütün dünya tərəfindən qəbul edilib və rəğbətlə qarşılanıb. Belə olduğu halda, erməni təbliğat maşınının tirajladığı xəbər boşluğa atılan güllədən başqa bir şey deyil. Amma Ermənistan Müdafiə Nazirliyinin dezinformasiyaları ilə paralel bir vaxtda Qarabağda yaşayan erməni separatçıları da bu illüziyaya qapılaraq gündə bir-iki dəfə Azərbaycan Ordusunun tarlada işləyən mülki əhalini atəşə tutması barədə xəbərlər yaymağa başladılar. Hər dəfə də şüşəsinə bir güllə dəymiş traktor, əkin sahəsində "atəş"ə məruz qalan hayın hay-küyü heç İrəvanda da eşidilmədi. Separatçıların tirajladığı yalanlar bununla bitmədi. Aylardır "blokada" şəraitində yaşayan ermənilərin qida və dərman ləvazimatı qıtlığı yaşadığı barədə tirajlanan yalanı elə Qarabağ ermənilərinin sosial şəbəkə hesablarındakı foto və videoları ilə təkzib edildi.
Bununla yanaşı, sakitləşməyən separatçı rejim "blokada" vəziyyətinə görə Qarabağ erməniləri arasında abort hallarının üç dəfə artdığı barədə yeni yalan yaydı. Əslində, Anahit kultunun törəmələri olan erməni qadınların rus sülhməramlıları ilə qeyri-etik münasibətləri barədə xəbərlər kifayət qədər yayılıb. Abortların səbəbini burada axtarmaq daha məntiqli olardı. Eyni zamanda, son günlər Qarabağda əkiz uşaqların dünyaya gəlməsi, toy mərasimlərinin keçirilməsi ilə bağlı Qarabağ ermənilərinin sosial şəbəkə hesablarında dərc edilən kifayət qədər material və video, ermənidilli seqmentdə yayılan xəbərlər də separatçı rejimin yalanını ifşa edir.
Qarabağdakı ermənilərin Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları ilə toqquşması da vəziyyətin gərginləşməsindən xəbər verir. Xocalıdakı rus hərbi bazasının girişini bağlamağa cəhd edən erməni ilə rusiyalı əsgərin dialoqu, hərbçinin qəzəbi də artıq rusiyalıların da ermənilərdən bezdiklərini bir daha sübut edir. Bütün dünyanı özünə borclu bilən erməni xisləti artıq iflasın son həddinə yaxınlaşıb.
Artıq dalana dirəndiyini hiss edən erməni baş nazir BMT TŞ uğursuzluğunu həzm edə bilmir. Xalqa açıqlama verərək erməni diplomatiyasının və yalan oyununun artıq işləmədiyini, regionda geosiyasi reallıqların dəyişdiyini izah etməkdənsə, yenə də günahı kiməsə atmaq yolunu tutub. Bu dəfə Paşinyanın hədəfi ABŞ və Böyük Britaniya olub. Ermənistan hökuməti BMT TŞ uğursuzluğunda ABŞ və Böyük Britaniyanı günahlandırıb və qətnamə qəbul edilməməsinin səbəbkarı kimi bu iki nəhəng dövləti günah keçisi göstərməyə cəhd edib. Amma bu açıqlamanın mürəkkəbi qurumamış həm ABŞ, həm də Böyük Britaniya rəsmi səviyyədə fərziyyəni təkzib edərək, məsələ ilə bağlı heç bir əlaqələrinin olmadığını bildiriblər.
Əslində, siyasi manipulyasiyaya əl atan Paşinyana okeanın o tayından da, bu tayından da qapaz gəlib. Nikol, əslində, bu yalan manipulyasiyaları ilə imzalanacaq sülh müqaviləsini ləngitmək, işə salınacaq Zəngəzur dəhlizindən böyük tikə qoparmaq niyyətindədir. Təsadüfi deyil ki, Paşinyanın Qafana səfəri ilə eyni vaxtda guya Azərbaycan Ordusunun Qafan hava limanını atəşə tutması barədə xəbər tirajlandı. Erməni müxalifəti isə Qafan hava limanının tam yanındakı Azərbaycan mövqeyinin fotosunu yayaraq, ərazinin Azərbaycanın nəzarətində olduğunu bildirdi.
Görünən odur ki, Paşinyan tükənmək üzrədir. Erməni kilsəsinin də son həftə aktivləşməsi, Paşinyan əleyhinə sərt bəyanatlar səsləndirməsi, müxalifətin yenidən insanları küçə yürüşlərinə səsləməsi, "Gallup" sorğusunun nəticələri də Ermənistandakı vəziyyətin nə dərəcədə acınacaqlı olmasından xəbər verir. Artıq region yeni geosiyasi reallıqlara qədəm qoyur. Paşinyanın yalan maşını və oyunları region ölkələri ilə yanaşı, bütün dünyanı da təngə gətirib. Başqa yolunun qalmadığını hiss edən Paşinyan dünən açıqlama verərək Azərbaycan tərəfinə sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərdiyini bəyan edib. Günün və regionun reallığı budur: Paşinyan ya quzu kimi Azərbaycanın qətiyyətli mövqeyinə tabe olub sülh danışıqlarını sürətləndirərək sənədi imzalayacaq, ya da "dəmir yumruğu" yenidən hiss edəcək. Bu isə dağılmaq, səfalət və deportasiya ilə çalxalanan erməni cəmiyyətinin sonu ola bilər…
"Report" İnformasiya Agentliyi

Siyasi       Tarix: 25 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğandan İsrailə: "Qəzza qatillərinin iftirasına yer yoxdur!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması barədə qərarına sərt reaksiya verib. KONKRET.azxəbər verir ki, Ərdoğan bu addımı Türkiyəyə qarşı atılmış iftira adlandırıb

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür. xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediad

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciət mətnini Azərbaycan Respublikası Prezidentini

Şuşada TDT ölkələri dövlət dini qurumları rəhbərlərinin Birinci görüşü başlayıb

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir. "Report"a istinadən xəbər verir ki, tədbirdə TDT-nin baş katibi, eləc

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanun

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti paspor

İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik etdi

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:. "Hörmətli xanım General-Qubernator,. Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev

Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin fotosunu paylaşıb. xəbə

Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir

Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Bu gün Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri sou biznes cəbhədən görüntüleri cəbhədən son xəbər