"Abortlara görə sərt cəzalar tətbiq olunmalıdır" - AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Baş müşaviri Fərid Babayev avqustun 2-də Mediada Gender Həssaslığının artırılması mövzusunda çıxışı zamanı Azərbaycanın selektiv abortlara görə ardıcıl 7 ildir ki, dünyada birinci yeri tutduğunu söyləyib.
"Azərbaycan qız uşaqlarının doğulmadan öldürülməsinə görə ön sıralardadır. Təsəvvür edin, bu abortlar birinci hamiləlikdə 2%, ikinci hamiləlikdə 25%, üçüncü hamiləlikdə isə 70%-dir. Uşağın cinsiyyətini müəyyən edən aparatlar bunu 14 həftədən sonra göstərə bilir. Qanuna görə isə yalnız 12 həftəyə kimi abort etmək mümkündür. Deməli, 14 həftədən sonra baş verən abort artıq cinayət sayılır".
Mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Elçin Bayramlı selektiv abortların artmasının 2 əsas səbəbin olduğunu söyləyib:
"Onlardan birincisi ailənin əlavə uşaq istəməsidir. Bu isə özlüyündə iki səbəbə aydılır – qız uşağın arzulanmaması və sosial problemlər səbəbindən əlavə uşaqdan imtina edilməsi. İkinci əsas səbəb isə əxlaqsızlıq və xəyanət nəticəsində təsadüfü hamiləliklərin aradan qaldırılmasıdır ki, bu da mənəvi deqradasiyyanın hansı səviyyədə olduğunun göstəricisidir".
Sosioloqun sözlərinə görə, abortlar faktiki olaraq qətl hadisəsidir:
"Bu, hələ doğulmağa imkan tapmamış körpələrə qarşı fiziki terror, ananın sağlamlığının məhv edilməsi deməkdir. Abortlar bir cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir. Yəni, abort ən qorxunc və ən dəhşətli bəladır. Xüsusən də selektiv abortlar daha təhlükəlidir. Ana bətnindəki körpələrin abort edilərək öldürülməsinin heç bir bəraəti ola bilməz. Bu, yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi halda mümkün sayıla bilər. Ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında fərq yoxdur. Maraqlıdır ki, qanunlar hər hansı bir qətlə ağır cəza verdiyi halda, ana bətnindəki körpələrin qətlinə göz yumur".
Ekspert bəzi ölkələrdə abortlara qarşı mühafizəkar qanunların olduğunu xatırladıb:
"Hətta bəzi Avropa ölkələrində abort etmək qadağandır və abort edən şəxs sərt şəkildə cəzalandırılır. Azərbaycan qanunvericiliyində də aborta məcbur və təhrik etməyə görə islah-əmək koloniyalarında cəza nəzərdə tutulub. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur. Faktiki olaraq, abort birbaşa qətl hadisəsidir, insan öldürməyə görə verilən cəzalar burada da tətbiq edilməlidir".
Sosioloqun qənaətinə görə, abortlara geniş planda baxıldıqda bu, milli təhlükəsizlik məsələsidir:
"Bu proses gələcəkdə ağır fəsadlar verəcək. Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlətin pullarını boş yerə xərcləməklə məşğuldur və bu sahədə heç bir effektiv iş görmür, hansısa ciddi təbirlər həyata keçirmir. Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməli, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır".
Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında icbari tibbi sığorta hesabına 42 039 abort edilib. Həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
2021-ci ildən günümüzə qədər olan statistikanın müqayisəli təhlili də abortların sayında artımın olduğunu təsdiqləyir. 2022 ci ildə 57 999, 2023 cü ildə isə 73 816 abort olub.
"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatına görə, keçən il doğulan 112 min 620 körpənin 59 814-ü oğlan, 52 806-sı qızdır. Hesabata görə, cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
2022-ci il Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, Azərbaycanda 100 qıza 112 oğlan düşürdü. 2021-ci ildə isə bu rəqəm 100/116 nisbətində olub. Bioloji göstəricilərə görə, hər 100 qıza 102 oğlanın düşməsi normal göstəricidir
Aygün Mirakif,
KONKRET.az

Sağlamlıq       Tarix: 12 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər son xəbərlər azərbaycanda xəbər az sonxabar