ABŞ-Avropa münasibətlərində REAL TƏHLÜKƏ: Tramp İspaniyanı buna görə cəzalandırır
ABŞ Prezidenti Donald Trampın İspaniyanın NATO-dakı iştirakını şübhə altına alaraq ölkənin alyansdan çıxarılmasını təklif etməsi beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.
Siyasi şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında bildirib ki, bu cür yanaşma yalnız İspaniyaya deyil, bütün NATO üzvlərinə ABŞ tərəfindən müəyyən təzyiqlərin göstəricisidir.
Əlibəyli qeyd edib ki, Ukrayna müharibəsi fonunda Avropa ölkələri ABŞ-ın təsiri altında qalıb və Rusiyanın yaratdığı riskləri daha çox hiss edirlər.
Eyni zamanda, İspaniyanın keçmişdə Fələstin məsələsində tutduğu antiisrail mövqeyi ABŞ-ın narazılığına səbəb olub və ölkə buna görə "cəzalandırılır".
Ekspertin fikrincə, Trampın bu açıqlaması NATO daxilində gərginliyi artırmaqla yanaşı, alyansın birliyinə və Avropa-ABŞ münasibətlərinə əlavə təzyiq yaradır.
Belə görünür ki, ABŞ-ın alyans üzvlərinə qarşı təzyiq siyasəti, xüsusən də müdafiə xərcləri və xarici siyasət mövqeləri ilə bağlı, gələcəkdə NATO-nun strukturuna və üzvlər arasında əlaqələrə əhəmiyyətli təsir göstərə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib