"ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi yaranıb

Politoloq Samir Hümbətov "Hədəf" verilişinin bu günkü buraxılışında ABŞ-Azərbaycan münasibətlərindəki dəyişikliklər barədə danışıb.
azxeber.com xəbər verir ki, o bildirib ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bu günə qədər baş verən proseslərə nəzər saldıqda, 2025-ci il yanvarın 20-dən sonra münasibətlərdəki fərqləri daha aydın şəkildə görmək mümkündür.
"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ilin fevralında ABŞ tərəfindən rəsmi şəkildə tanındı və bu andan etibarən münasibətlər daha dinamik inkişaf etməyə başladı", – deyə Hümbətov vurğulayıb.
Politoloqun fikrincə, "Əsrin müqaviləsi"nin imzalanmasında ABŞ-ın böyük dəstəyi olub. Lakin ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəliş müəyyən mənfi nəticələrə də səbəb olub. O qeyd edib ki, 2001-ci ildə ABŞ-ın Əfqanıstanda başladığı antiterror əməliyyatları zamanı bu düzəliş hər il dondurulub və bu, Azərbaycanın maraqları baxımından müsbət addım olub.
"Bill Klinton dövründə də münasibətlərdə inkişaf müşahidə olunurdu. Bush və Obama administrasiyaları dövründə də əməkdaşlıq davam etdi. Lakin ən gərgin dövr Biden administrasiyası zamanı yaşandı. Xüsusilə də administrasiyanın son aylarında ABŞ və Ermənistan arasında bağlanan razılaşma, bölgədə balanssız siyasətə işarə edirdi", – deyə Hümbətov bildirib.
Politoloq hesab edir ki, Donald Trump-ın ikinci prezidentlik dövrü ilə birlikdə ABŞ-ın Cənubi Qafqaz siyasətində və Azərbaycanla münasibətlərində ciddi dəyişikliklər baş verib.
"Trump administrasiyası artıq Azərbaycanın əhəmiyyətini dərk edir. Hətta bir neçə gün əvvəl Donald Trump-un Ermənistan-Azərbaycan arasında sülh müqaviləsini alqışlayacağına dair açıqlamaları da bunu göstərir. Bu, ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni yanaşmaların formalaşdığını sübut edir", – deyə Hümbətov qeyd edib.
O əlavə edib ki, Şuşada keçirilən III Qlobal Media Forumu zamanı Prezident İlham Əliyevin ABŞ-a dair səsləndirdiyi fikirlərə Donald Trump-ın cavabı və daha sonra dövlət başçısının onun təşəkkürünü bildirməsi, iki ölkə arasında müsbət istiqamətdə dönüş nöqtəsi kimi dəyərləndirilə bilər.
"Təbii ki, münasibətlərdə zaman-zaman soyuqluq da ola bilər, inkişaf da. Amma bu mərhələ konkret olaraq müsbət dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Hər iki tərəfin qarşılıqlı səmimi yanaşması münasibətlərin gələcəkdə də daha sağlam inkişafına zəmin yaradır", – deyə politoloq vurğulayıb.
Sonda o bildirib ki, böyük dövlətlərin kiçik və orta ölçülü ölkələr üzərində təsir imkanları həmişə olub. Amma bu təsirin pozitiv ya da neqativ olması həmin dövlət rəhbərlərinin səmimiyyətindən və strateji yanaşmalarından asılıdır.
Oksana Orucova

Siyasi       Tarix: 24 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan cəbhədən canlı xeber.az