ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Regional sabitlik və geosiyasi dönüş

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Regional sabitlik və geosiyasi dönüşYola saldığımız il ölkəmizin xarici siyasətinin postmünaqişə mərhələsində keyfiyyətcə yeni status qazandığı il kimi səciyyələndirilə bilər. Bu il təkcə Azərbaycan-Ermənistan qarşıdurmasının sülh müstəvisinə keçidi ilə deyil, habelə Bakının qlobal güc mərkəzləri ilə münasibətlərində yeni tarazlığın formalaşması ilə yadda qaldı. Xüsusilə ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan strateji dönüş regional və qlobal miqyasda uzunmüddətli nəticələr vəd edir.
Bayden administrasiyası dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində balansın pozulması, Ermənistan mərkəzli yanaşmanın üstünlük qazanması ABŞ-ın regional maraqları ilə ziddiyyət təşkil edirdi. Bu siyasət nə münaqişənin həllinə töhfə verdi, nə də regionun aparıcı gücü olan Azərbaycanla münasibətlərin inkişafına imkan yaratdı. Donald Trampın yenidən prezident seçilməsi ilə ABŞ-ın Cənubi Qafqaz siyasətində praqmatik realizmə əsaslanan yanaşma bərpa olundu və regionda formalaşmış yeni geosiyasi reallıq qəbul edildi.
2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda, ABŞ Prezidentinin siyasi təminatçılığı və şahidliyi ilə sülh sazişini paraflaması bu dönüşün kulminasiya nöqtəsi oldu. Sözügedən görüş təkcə iki ölkə arasında müharibə dövrünün rəsmi olaraq başa çatmasını deyil, həm də ABŞ-ın regional vasitəçi rolunun yeni formatda bərpasını təsdiqlədi. Paralel olaraq, Bakı-Vaşinqton münasibətləri uzun fasilədən sonra institusional səviyyədə strateji məzmun qazandı.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə Memorandumun imzalanması münasibətlərin artıq taktiki deyil, uzunmüddətli strateji müstəviyə keçdiyini göstərdi. Enerji təhlükəsizliyi, regional tranzit, rəqəmsal iqtisadiyyat, müdafiə və təhlükəsizlik sahələrini əhatə edən bu sənəd tərəflərin maraqlarının kəsişdiyi əsas istiqamətləri sistemləşdirən yol xəritəsi rolunu oynayır.
Bu yeni mərhələnin ən mühüm siyasi-simvolik nəticələrindən biri ABŞ-da uzun illər Azərbaycan-Amerika münasibətlərinin üzərində kölgə yaradan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən dayandırılması oldu. Münaqişə dövrünün reallıqları üzərində qurulmuş bu düzəliş nə hüquqi, nə də siyasi baxımdan mövcud regional vəziyyətlə uzlaşırdı. Ermənistan-Azərbaycan müharibəsinin başa çatması və kommunikasiyaların açılması fonunda 907-ci düzəlişin saxlanılması ABŞ-ın öz maraqlarına da zidd idi. Hazırkı mərhələdə bu düzəlişin Konqres tərəfindən tam ləğvi Vaşinqtonun yeni siyasətinin məntiqi davamı kimi görünür.
Vaşinqton sammitinin daha bir strateji nəticəsi Zəngəzur dəhlizinin beynəlxalq siyasi legitimlik qazanması oldu. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adı altında razılaşdırılan bu layihə mahiyyət etibarilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsini nəzərdə tutur. ABŞ Prezidentinin bu layihəni açıq şəkildə dəstəkləməsi Zəngəzur dəhlizini regional təşəbbüsdən beynəlxalq nəqliyyat arxitekturasının tərkib hissəsinə çevirir.
Hazırda dəhlizin Azərbaycan ərazisində yerləşən hissəsində infrastruktur layihələrinin böyük əksəriyyəti tamamlanmaq üzrədir. Dəmir yolu və avtomobil magistralları, körpülər və logistika qovşaqları regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişəcək potensiala malikdir. Dəhlizin tam istifadəyə verilməsi Orta Dəhlizin funksionallığını artırmaqla yanaşı, həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi dividendlər yaradacaq.
Beləliklə, 2025-ci il Amerika-Azərbaycan münasibətlərində strateji tərəfdaşlığa keçid, 907-ci düzəlişin faktiki olaraq siyasi gündəmdən çıxarılması, Ermənistan-Azərbaycan sülh prosesinin beynəlxalq təminat altına alınması və Zəngəzur dəhlizinin rəsmiləşdirilməsi baxımından tarixi dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Bu il formalaşan yeni konfiqurasiya Cənubi Qafqazda uzunmüddətli sabitlik və inteqrasiya üçün real əsaslar yaradır. 
Azər Niftiyev / azxeber.com

Siyasi       Tarix: 10 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag