Türk siyasətçidən İran münaqişəsi ilə bağlı SENSASİON AÇIQLAMA — Bombalar sərhədi keçsə

Türk siyasətçidən İran münaqişəsi ilə bağlı SENSASİON AÇIQLAMA — Bombalar sərhədi keçsəYaxın Şərqdə artan hərbi gərginlik, xüsusilə İran ətrafında baş verən qarşıdurmalar region ölkələri ilə yanaşı, coğrafi baxımdan yaxın dövlətlər üçün də müəyyən risk ehtimalları yaradır. Azərbaycan İranla uzun quru sərhədinə malikdir və xüsusilə ölkənin cənub bölgələri mümkün hərbi eskalasiyalar fonunda ictimai narahatlığın mərkəzinə çevrilib.
Hərbi əməliyyatlar zamanı buraxılan raket və ya pilotsuz uçuş aparatlarının trayektoriyasının dəyişməsi, texniki nasazlıq və ya müdaxilə nəticəsində sərhədyanı ərazilərə düşməsi ehtimalı istisna edilmir. Bu isə "Azərbaycan və Türkiyə üçün real təhlükə varmı?" sualını aktuallaşdırır.
Mövzu ilə bağlı KONKRET.az-a eksklüziv açıqlama verən türkiyəli siyasi şərhçi İsmayıl Cingözlə olan müsahibəni təqdim edirik:
Türk siyasətçidən İran münaqişəsi ilə bağlı SENSASİON AÇIQLAMA — Bombalar sərhədi keçsə— Əgər təsadüfi sursat düşməsi halı baş versə, bu, beynəlxalq hüquq baxımından necə qiymətləndiriləcək?
— İsrail və Amerikanın İrana hücumu ilə birlikdə bütün diqqət Yaxın Şərqə çevrilib. İran coğrafi baxımdan böyük bir ölkədir və mühüm mövqeyə malikdir. Dünya enerji geosiyasətinin ən önəmli mərkəzlərindən olan Bəsrə körfəzinin ən böyük sərhəddi bu pozisiyadadır. Və Bəsrə körfəzinin Umman dənizinə çıxış nöqtəsi olan Hörmüz boğazının ən önəmli nəzarət mərkəzi İran tərəfində yerləşir. Bu səbəblə, dünya olaraq bu məsələ yaxından izlənilir. Eyni zamanda uzun quru sərhəddi və tarixi bağları olması fonunda Türkiyə və Azərbaycanın da bu bölgə ilə maraqlanmağı vacibdir. Atılan raketlərin sərhəddi keçərək Türkiyəyə və ya Azərbaycana düşməsi halında "nələr edilə bilər" mövzusu əlbəttə ki, araşdırma tələb edir. Burada məsələyə həm hərbi, həm də qonşuluq münasibətləri prizmasından yanaşmaq olar.
— Türkiyə hava hücumundan müdafiə sistemləri sərhədyanı risklərə qarşı hansı səviyyədə hazırdır?
— Türkiyənin hava hücumundan müdafiə sistemləri ümumən mümkün bir raket və ya təsadüfi düşən sursatın dayandırılması üçün ciddi mənada müdafiəyə sahibdir. Amma, əlbəttə ki, texniki olaraq sərhədi aşa bilmə ehtimalını da nəzərə alaraq, bununla bağlı Türkiyə və Azərbaycan qiymətləndirmə aparır.
— İrandan Azərbaycan və Türkiyəyə sığınmaq üçün axın ola bilərmi?
— Türkiyə sərhəd xətti boyunca mümkün sərhəd miqrasiyası, sığınma dalğasına qarşı hazırlıqlarını geniş mənada həyata keçirməkdədir. Azərbaycanın da eyni şəkildə hazırlıqlı olduğunu düşünürük. Çünki İranda sivil xalqa qarşı intensiv bir hücum həyata keçirilərsə, bu insanlar canlarını, mallarını qurtarmaq, həyatda qalmaq üçün Türkiyə və Azərbaycana doğru hərəkətlənərək sərhəddi keçmək istəyə bilərlər. Ona görə də lazımi tədbirlər əlbətdə ki, görülür. Cənubi Azərbaycanda 35 milyon türkün olduğu, İranın digər bölgələrində yaşayan Hunza türkləri və qaşqaylar, türkmənlər kimi fərqli türk boylarındakı insanları qiymətləndirdiyimiz zaman, təxminən 45 milyon türkdən bəhs edilir və bunların əksəriyyəti Azərbaycan və Türkiyə sərhəddi yaxınlığındadır. Onlar mümkün və təhlükəli hucumlara məruz qaldıqları təqdirdə, qorunmaları üçün Azərbaycan və Türkiyəyə üz tuta bilərlər və biz buna hazırlıqlı olmalıyıq. Türkiyə bu məsələlərdə zaman-zaman açıqlamalar verir.
— Müasir raket sistemlərində hədəfdən yayınma və ya nəzarətdən çıxma halları nə dərəcədə mümkündür?
— Türkiyənin hava hücumundan müdafiə sistemlərinin riskləri minumuma endiriləcək səviyyədədir. Fəqət, radarları və hava hücumundan müdafiə sistemlərindən yan keçərək, nəzarəti itirərək düşmə ehtimalı bütün müharibə texnikalarına rəğmən mümkündür. Belə bir vəziyyətdə bu raketlərin mənşəyinə baxılır və hüquq qaydalar çərçivəsində cavabdehlik tələb edilir. Türkiyə münaqişə yaranmamışdan öncə, mövcud halda da diplomatik fəaliyyəti intensiv şəkildə davam etdirir. Təhdid mənasında Azərbaycanda daxili münaqişə yaratmaq cəhdi olarsa, İrandakı türklərin qorunması üçün Türkiyə və Azərbaycanın müstəqil və ya ortaq şəkildə İran tərəfinə beynəlxalq hüququn, Birləşmiş Millətlərin 51-ci maddəsi çərçivəsində əməliyyat təşkil etmə hüququ var. Belə bir vəziyyət yaranarsa, Azərbaycanın da Türkiyənin də lazımi müdaxilələri etməsi üçün imkan və qabiliyyətləri, hərbi və siyasi gücü olduğu unudulmamalıdır.
Söhbətləşdi: Dəniz Pənahova
KONKRET.az

Siyasi       Tarix: 04 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler