Müharibə İrandakı rejimi dəyişmək üçün başlamayıb - Trampın əsl məqsədi ŞOK EDİR

Müharibə İrandakı rejimi dəyişmək üçün başlamayıb - Trampın əsl məqsədi ŞOK EDİRİranın regiondakı rolu son proseslər fonunda yenidən müzakirə mövzusuna çevrilib. Bir tərəfdən Rusiyaya silah dəstəyi, digər tərəfdən isə Körfəz marşrutları vasitəsilə Çinə neft ixracı Tehranın qlobal geoiqtisadi balansda "domino effekti" yaradan aktor kimi çıxış etdiyini göstərir. Bu vəziyyət belə bir sual doğurur: İran üzərindən qurulan ssenarilər Çinin iqtisadi gücünə zərbə məqsədi daşıya bilərmi? Regionda artan gərginliklərin Cənubi Qafqaz və Azərbaycan üçün mümkün nəticələri isə ayrıca diqqət tələb edir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, ABŞ-ın İsrailin təhriki ilə İrana qarşı başladığı əməliyyatların gerçək səbəbi rəsmi Vaşinqtonun dünyadakı geosiyasi reallıqlara münasibəti ilə bağlıdır.
Müharibə İrandakı rejimi dəyişmək üçün başlamayıb - Trampın əsl məqsədi ŞOK EDİROnun sözlərinə görə, ABŞ İrana qarşı başladığı müharibənin əsl mahiyyətini ört-basdır etməyə çalışaraq, Tehranın guya nüvə silahına yiyələnmək və Yaxın Şərqin təhlükəsizlik arxitekturasını yenidən qurmaq niyyətində olduğunu iddia edir:
"Halbuki İranın yeritdiyi siyasət belə bir fikri təsdiq etmir. İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ var və Tehran bunu Qərblə danışıqlarda dəfələrlə suveren hüququ kimi bəyan edib. İran MAQATE ilə əməkdaşlıq edir və qurumun nəzarət hüququna hörmətlə yanaşır".
Politoloq hesab edir ki, ABŞ-ın müharibəni "regional təhlükəsizlik" adı altında əsaslandırması gerçəkliyi əks etdirmir:
"Söhbət ABŞ-ın Yaxın və Orta Şərqdə yeni dünya nizamı ilə bağlı planlarından gedir. İran bu layihəni qəbul etmir və ona qarşı mübarizə aparacağını açıq şəkildə bəyan edir".
E. Manafov vurğulayıb ki, İranın mövqeyi beynəlxalq hüquqa söykəndiyindən və Rusiya, Çin, Türkiyə, eləcə də bir sıra ərəb ölkələrinin regional maraqları ilə üst-üstə düşdüyündən, həmin ölkələr Tehranla eyni mövqedə dayanırlar. Onun fikrincə, ABŞ və İsrailin addımları "müstəqil və suveren dövlətə qarşı təcavüz olmaqla yanaşı, dünya sülhü və təhlükəsizliyinə də ciddi təhdiddir".
Politoloq müharibənin əsas məqsədinin təkcə İrandakı rejimi dəyişmək olmadığını deyib. O bildirib ki, 38 trilyon dollardan artıq dövlət borcu olan ABŞ Çinlə geoiqtisadi rəqabətdə çətinlik yaşayır:
"Çinin sürətli iqtisadi inkişafının qarşısını almaq üçün onun istehlak xərclərini artırmaq, enerji təhlükəsizliyi ilə bağlı problemlər yaratmaq lazımdır. İranla müharibə dünya bazarında neftin qiymətini artıracaq. Çin isə iri neft idxalçısıdır və idxalın mühüm hissəsini İrandan həyata keçirir".
Ekspert əlavə edib ki, İranın Hörmüz boğazını bağlaması halında Avropada ciddi enerji böhranı yarana bilər. Bu isə enerji qiymətlərinin kəskin artmasına, İran və ABŞ ətrafında hərbi-siyasi koalisiyaların formalaşmasına və qarşıdurmanın daha təhlükəli fazaya keçməsinə səbəb ola bilər.
Manafov Rusiyanın mövqeyinə də toxunub:
"Moskvanın diplomatik bəyanatları və vasitəçilik təşəbbüsü İran ətrafında yarana biləcək "domino effekti"ndən sığortalanmaq və mümkün şəraitdə bundan faydalanmaq istəyi ilə bağlıdır".
Politoloq bildirib ki, ABŞ-ın əsas məqsədi regionda nüfuz dairəsinin genişlənməsinə mane olan rejimi dəyişmək, İran bazarına və sərvətlərinə nəzarət etməkdir. Trampın İran əhalisinə müraciətlərini isə belə dəyərləndirib:
"ABŞ-ın İranda demokratik hakimiyyət qurmaq istəyi ilə bağlı çağırışları "timsahın göz yaşları"dır".
Manafov qeyd edib ki, Qərbdə artan çatlar ABŞ-ı daha radikal addımlara sövq edə bilər. İranın ali dini liderinin mümkün şəkildə hədəfə alınması isə qarşıdurmanı daha da dərinləşdirə, İslam dünyasında ciddi reaksiyalara və Qərbdə daxili siyasi təzyiqlərə səbəb ola bilər.
Sonda politoloq vurğulayıb ki, müharibənin ildırım sürəti ilə başa çatdırılması planları İranın iqtisadi, hərbi və ideoloji potensialı fonunda çətin görünür. Onun sözlərinə görə, Çin və Rusiyanın proseslərə daha aktiv qoşulması ehtimalı vəziyyəti dalana dirəyə bilər. Bu kontekstdə region üçün mühüm olan nəqliyyat layihələrinin, o cümlədən Şimal-Cənub dəhlizinin taleyi də sual altında qala bilər.
Dəniz Pənahova
KONKRET.az

Siyasi       Tarix: 02 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber cəbhədən görüntülər xeberler bugun sonxabar