Trampın İrandan sonrakı hədəfi BU ÖLKƏ olacaq
Fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edən ABŞ prezidenti Donald Trampın növbəti hədəfi bu ölkə olacaq: Kuba.
KONKRET.az ajansaz-a istinadən xəbər verir ki, bu barədə "The Atlantic" qəzeti ABŞ liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Tramp özünü "başqalarının başlatdığı işi bitirmək" cəsarətinə malik ilk ABŞ prezidenti kimi görür. Tramp apardığı islahatların onu keçmiş prezidentlər Ronald Reyqan, Cimmi Karter və Riçard Niksondan daha yüksək səviyyəyə qaldıra biləcəyinə inanır.
Daha əvvəl Donald Tramp ABŞ-ın Kubanı "dostcasına ələ keçirə" biləcəyini bildirmişdi. O, əlavə etmişdi ki, Havana Vaşinqtonla danışıqlar aparır.
ABŞ prezidenti Kubanı, yumşaq desək, "uğursuz ölkə" adlandırıb.
"Dövlət katibi Marko Rubio bu məsələ ilə çox yüksək səviyyədə məşğul olur. Və bilirsiniz ki, onların pulu, nefti, yeməyi yoxdur. Hal-hazırda millət həqiqətən də çətin vəziyyətdədir və onların bizim köməyimizə ehtiyacı var", – deyə Tramp Kuba haqqında bildirib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq