İordaniyanın İrandakı səfiri təxliyə şəraitinə görə Azərbaycana təşəkkür edib
İordaniyanın İrandakı səfiri Əşrəf Xasavneh ölkəsinin diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsinə görə Azərbaycana təşəkkür edib.
Səfir bu barədə açıqlamasında bildirib.
"Azərbaycanı sevirəm. Bizim təxliyəmiz üçün yaradılan şəraitə görə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycana növbəti gəlişim turist kimi olar", - səfir deyib.
Qeyd edək ki, İordaniyanın 4 nəfər diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunub. Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq