ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır

ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalırİran və İsrail arasında artan hərbi gərginlik regionun turizm sektoruna ciddi təhdid yaradır. Xüsusilə Yaxın Şərqin əsas turizm və tranzit mərkəzləri olan Dubay və Doha kimi şəhərlərin mümkün hədəfə çevrilməsi ehtimalı beynəlxalq turist axınında azalma riskini artırır. Regionda təhlükəsizlik narahatlıqlarının dərinləşməsi aviadaşımalar, otel rezervasiyaları və ümumilikdə turizm fəaliyyətinə mənfi təsir göstərərək Yaxın Şərqin turizm iqtisadiyyatında qeyri-müəyyənliyi gücləndirə bilər.
Turizm eksperti Ceyhun Aşurov azxeber.com-a açıqlamasında deyib ki, regionda baş verən müharibə şəraiti turizm sektoruna mənfi təsir göstərir:
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır"Regionda hər hansı gərginlik və ya müharibə şəraitində ilk təsirlənən sahələrdən biri məhz turizm sektoru olur. İnsanlar öz təhlükəsizliklərini prioritet hesab edərək ilk növbədə planlaşdırdıqları səfərləri təxirə salır və ya tamamilə dayandırırlar. İran və İsrail arasında mümkün müharibə bütün regiona, o cümlədən turizm axınına ciddi təsir göstərir".
Ekspert bildirib ki, hər iki ölkədən Azərbaycana il ərzində xeyli turist gəlirdi:
"Həm İran, həm də İsrail Azərbaycana ən çox turist göndərən ölkələr sırasındadır.  Belə ki, 2024-cü ildə İrandan Azərbaycana 210 min, 2025-ci ildə isə 209 min turist səfər edib. Yəni hər il 200 mindən çox İran vətəndaşı ölkəmizə gəlir. İsraildən isə ötən il Azərbaycana təxminən 69 min turist səfər edib. Bu cür müharibə şəraiti il ərzində həmin ölkələrdən gələn turistlərin sayına ciddi mənfi təsir göstərəcək. Bu təsirin miqyası isə əsasən müharibənin nə qədər davam edəcəyindən asılı olacaq".
Turizm eksperti deyib ki, ölkələrin hava məkanının bağlanması turist axınına mənfi təsir edəcək:
"Məsələ yalnız iki ölkə arasındakı müharibə ilə məhdudlaşmır. Regionda ümumi gərginliyin artması təhlükəsizlik risklərini yüksəldir və bu, digər ölkələrdən də turist axınına mənfi təsir edir. Eyni zamanda, hava məkanının bağlanması və ya məhdudlaşdırılması körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında azalmaya səbəb olacaq".
Şahanə Ziyad

Sosial       Tarix: 02 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən yeni xəbərlər havanın temperaturu hava proqnozu