ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR
Oktyabrın 1-də ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru Natiq Baxışovun iştirakı ilə işgüzar səhər yeməyi keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan, istehsal və ixracla məşğul olan, eləcə də beynəlxalq bazarlara çıxış imkanları ilə maraqlanan şirkət rəhbərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan və ABŞ arasında biznes əlaqələrinin inkişaf perspektivləri, yerli sahibkarların ABŞ bazarına çıxış imkanları, ixrac potensialı və iki ölkənin biznes nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ-Azərbaycan Ticarət Palatasının İcraçı Direktoru Natiq Baxışov çıxışında ABŞ bazarının xüsusiyyətləri, Azərbaycan şirkətləri üçün mövcud əməkdaşlıq imkanları və iki ölkənin biznes icmaları arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışının genişləndirilməsi üçün biznes əlaqələrinin və birbaşa əməkdaşlıqların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr və biznes icmasının dəstəklənməsi məqsədilə görülən işlər haqqında ətraflı məlumat verib.
Sonda iştirakçılar arasında gələcək əməkdaşlıq istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.









Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı
Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir