ABŞ borc bataqlığında: dünya iqtisadiyyatını nə gözləyir?

ABŞ borc bataqlığında: dünya iqtisadiyyatını nə gözləyir?Ağ Evin dövlət borcu son dövrlərdə rekord səviyyəyə çatıb və maliyyə ekspertləri bu vəziyyətin qlobal iqtisadiyyat üçün ciddi risklər yaratdığını bildirirlər. ABŞ-ın dövlət borcunun idarəolunmaz həddə çatması təkcə ölkə iqtisadiyyatına deyil, həm də bütün dünya üzrə maliyyə bazarlarına ciddi təsir göstərə bilər. Ekspertlərin fikrincə, ABŞ defolt vəziyyətinə düşərsə, qlobal ticarət, valyuta bazarları və investisiya axınları kəskin sarsıntılarla üzləşəcək.
Belə bir ssenaridə ən çox hansı ölkələrin təsirlənəcəyi sual doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ABŞ-ın dövlət borcu davamlı şəkildə artmaqdadır.
ABŞ borc bataqlığında: dünya iqtisadiyyatını nə gözləyir?İqtisadçının sözlərinə görə, son 10 ilə nəzər saldıqda ABŞ borcunun artmadığı bir il belə olmayıb:
"Ən maraqlı məqam ondan ibarətdir ki, ABŞ dövlət səviyyəsində borcun bu qədər artmasına baxmayaraq, ciddi narahatlıq nümayiş etdirmir. Bununla belə, bəzi hallarda bu istiqamətdə müəyyən addımların atıldığı da müşahidə olunur".
Eldəniz Əmirov qeyd edib ki, ABŞ üçün əsas problem borcun artım tempinin yüksək olması deyil:
"Bunun əsas səbəbi ondan ibarətdir ki, hazırda ABŞ-dan bu borcun dərhal qaytarılmasını tələb edən konkret tərəf yoxdur. ABŞ lazım gəldikdə borclarını yenidən borclanma yolu ilə bağlaya bilir".
Əmirov vurğulayıb ki, ABŞ qlobal maliyyə sistemində xüsusi mövqeyə malikdir:
"ABŞ dünyada həm maliyyə qurumlarının, həm də digər dövlətlərin ən rahat şəkildə borc verdiyi ölkədir. Faktiki olaraq heç kim ABŞ-dan borcunu dərhal tələb edə bilmir. ABŞ indiyədək öhdəliklərini bəzən gecikmə ilə, bəzən isə yeni borclanma hesabına yerinə yetirib".
İqtisadçı əlavə edib ki, ABŞ-ın defolt ehtimalı olduqca aşağıdır. Lakin belə bir hal baş verərsə, nəticələri qlobal miqyasda hiss olunacaq:
"Bu məqamları ona görə vurğulayıram ki, ABŞ-ın defolt olması real təhlükə deyil, ehtimal çox aşağıdır. Amma belə bir ssenari baş verərsə, dünya maliyyə sistemi ciddi şəkildə sarsılar. ABŞ-da baş verən iqtisadi böhranlar adətən qlobal böhranlara çevrilir. ABŞ-ı maliyyə sistemində "hörümçəyin bədəni" kimi təsəvvür edə bilərik. Əgər bu bədən zərər görərsə, bütün sistem çökmə riski ilə üzləşər. Buna görə də ABŞ-ın müflis olması ehtimalı üzərində ciddi düşünməyə ehtiyac yoxdur".
Dəniz Pənahova,
KONKRET.az

Sosial       Tarix: 27 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF

Azərbaycan 2030-cu ilədək turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməyi nəzərdə tutur. Bu günlərdə təsdiqlənən Dövlət Proqramında sektorun yaratdığı əlavə dəyərin 12,2 milyard manata, xarici turistlərin ölkəd

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou gunun xeberleri kriminal bugun sonxeber.az