ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR

ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏRABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirliklərinin uzun müddətdir daimi səfirsiz fəaliyyət göstərməsi Vaşinqtonun Cənubi Qafqaz siyasəti ətrafında müzakirələri yenidən gündəmə gətirib. Regionda geosiyasi proseslərin sürətlə dəyişdiyi, böyük güclər arasında rəqabətin dərinləşdiyi bir vaxtda bu gecikmənin təsadüfi olmadığı bildirilir.
 Bəs ABŞ-nin Cənubi Qafqaz ölkələrinə hələ də daimi səfir təyin etməməsinin arxasında hansı siyasi və strateji səbəblər dayanır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-nin Cənubi Qafqaz ölkələrinə hələ də daimi səfir təyin etməməsi Vaşinqtonun bölgədəki fəaliyyətinə ciddi maneə yaratmır.
ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏROnun sözlərinə görə, səfirlərin səlahiyyətlərini hazırda ABŞ-nin həmin ölkələrdə fəaliyyət göstərən digər diplomatları icra edir və diplomatik missiyalar normal şəkildə fəaliyyətini davam etdirir.
Politoloq hesab edir ki, səfir təyinatlarının gecikməsi daha çox regiondakı qeyri-müəyyən geosiyasi vəziyyətlə əlaqədardır:
"Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələ də tam aydın deyil. Xüsusilə Ermənistanda baş verən hadisələrin gələcək inkişafı ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Baş nazir Nikol Paşinyan hakimiyyəti ilə Kremlin münasibətlərində qarşıdurma davam edir. Ola bilər ki, Vaşinqton həm Ermənistandakı daxili proseslərin, həm də bütövlükdə Cənubi Qafqazdakı geosiyasi vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini gözləyir".
Ekspertin fikrincə, ABŞ Rusiyanın regionla bağlı siyasətinin nəticələrini də diqqətlə izləyir və yalnız ümumi mənzərə daha da dəqiqləşdikdən sonra yeni səfir təyinatları ilə bağlı qərar verəcək.
Elçin Xalidbəyli vurğulayıb ki, situasiya aydınlaşdıqdan sonra Vaşinqton bölgədə yaranacaq yeni reallıqlara uyğun təcrübəyə və ixtisasa malik diplomatları səfir vəzifəsinə göndərməyə üstünlük verə bilər.
Politoloq hesab edir ki, mövcud vəziyyət ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə vurmur:
"Hazırkı mərhələdə səfirlərin olmaması ABŞ-nin regiondakı fəaliyyətinə ciddi problem yaratmır. Böyük ehtimalla Ağ Ev Cənubi Qafqazla bağlı strateji maraqlarını həyata keçirməkdə israrlı mövqeyini qoruyacaq və münasib vaxtda bölgənin yeni geosiyasi şərtlərinə uyğun diplomatların təyinatı həyata keçiriləcək."
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 03 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı

Azərbaycan və Meksika arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var. xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xaric

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün heç kim şərt qoymur. KONKRET.azxəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiya danışıqlara açıqdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

İlham Əliyev "SABAH.city"nin açılışında - FOTOLAR

Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. xəbər verir ki

Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək

Azərbaycanda bir sıra məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə keçməsi hədəflənir. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısını

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedi

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində jurnalist Pavel Zarubinlə maraqlı dialoqu ilə diqqət çəkib. KONKRET. -a istinadən xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş nazir

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər azerbaycanda son xeberler sonxeberler cəbhədən ən son xəbər